Milli Məclisin sədri Əhməd bin Salman Əl-Musalam ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığı Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Əl-Musalam ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət töhfə verdiyini və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib.
Söhbət zamanı ölkələrimizin BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb. Nümayəndələr Məclisinin sədri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edərək, vurğulayıb ki, Azərbaycanın sədrliyi təşkilatın inkişafında mühüm rol oynamışdır.
Görüşdə qanunvericilik orqanlarımız arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı potensial olduğu qeyd edilərək, bildirilib ki, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyət dövlətlərimiz arasında əlaqələrin inkişafına mühüm və müsbət təsir göstərir. Bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub. Bununla yanaşı, parlament komitələri, deputatlar, parlament aparatları arasında əlaqələrin sıxlaşdırılması, qarşılıqlı səfərlərin təşkili ümumi münasibətlərə töhfə verə bilər.
Parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında da, o cümlədən, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyasında əməkdaşlıq əlaqələrinə malik olduqları məmnunluq qeyd edilib. Spiker Sahibə Qafarova cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının parlament ölçüsünün Azərbaycanın sədrliyi ilə fəaliyyəti barədə geniş məlumat verib. Tərəflər Parlament Şəbəkəsinin Daşkənd şəhərində keçiriləcək dördüncü konfransının da təşkilatın gələcək inkişafı baxımdan uğurlu olacağına inam ifadə ediblər.
Bəhreyn Krallığı Nümayəndələr Şurasının sədri Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyini dəstəklədiklərini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

