adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Fevral 2019 17:29
8065
SİYASƏT

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü

Fevralın 18-də Milli Məclisdə "Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçılarının sualları cavablandırılıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və mədəniyyət komitələrinin sədrləri Səməd Seyidov və Rafael Hüseynov və deputat Rasim Musabəyov parlamentin iş prinsipi, komitələrin fəaliyyəti barədə məlumat veriblər.

Gənclər müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, müzakirələrin aparılması və digər məsələlər haqqında məlumatlandırılıblar.

Qeyd olunub ki, bu cür layihələr gənclərə böyük təcrübə qazandırır, gələcəkdə onların bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını qoruyan təmsilçilər və diplomatlar kimi yetişməsinə şərait yaradır.

Sonra layihə iştirakçılarına ölkəmizdə aparılan gənclər siyasəti, qanunvericilik prosesi, həyata keçirilən islahatlar haqqında məlumat verilib.

Sonda layihə iştirakçılarının sualları cavablandırılıb.