Milli Məclisdə İşçi qrup yaradıldı - Yeni təhsil qanunu hazırlayacaq
İsa Həbibbəyli bildirib ki, bu qanun Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Sənəddə ali təhsilin təşkili, bu sahənin işçilərinin attestasiyası, müəssisələrin idarə olunması və maliyyələşdirilməsi, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri, ali təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti və bir sıra digər məsələlər öz əksini tapacaq. Layihədə, eyni zamanda, ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamlar da nəzərdə tutulub.
Müzakirələr zamanı çıxış edən deputatlar Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev, Musa Qasımlı, Asim Mollazadə, Pərvin Kərimzadə, Ağacan Abıyev, Rafael Hüseynov və Təhsil Nazirliyinin təmsilçiləri İdris İsayev, Yaqub Piriyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hazırlanacaq qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflərini veriblər.