Milli Məclis 2019-cu ilin dövlət büdcəsinə dəyişikliyi QƏBUL ETDİ
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişik barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Dəyişikliklə, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılır.
Eyni zamnada, 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manatdan 27 370 796,1 min manata qaldırılır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Digər Xəbərlər
03 May 2024 13:36
Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib
03 May 2024 11:19İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 10:04