Milli Elmlər Akademiyası müsabiqə elan edib
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Adalet.az-ın məlumatına görə, boş yerlər Beynəlxalq hüquq və beynəlxalq münasibətlər şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə 2, Qloballaşma və informasiya cəmiyyətinin fəlsəfi problemləri şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 1, Dövlət və hüquq nəzəriyyəsi; mülki hüquq və mülki proses şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 1 yerdir.
Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Digər Xəbərlər
02 May 2024 17:40