Millət vəkili Xədicə İsmayıldan danışdı

"Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulması hüquqi baxımdan əsaslıdır. Çünki, X.İsmayıl haqqında iddia qaldırılıb və hazırda məhkəmə prosesi gedir. Məhz bundan çıxış edərək prokurorluq X.İsmayılın ölkədən çıxmasına qadağa qoyub”. Bunu millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, əgər şəxs barədə məhkəmə çəkişməsi, yaxud istintaq gedirsə müəyyən məhdudiyyətlərin qoyulması qanunla yol verilən haldır: "Xədicə İsmayıl barəsində məhkəmə çəkişməsi, istintaq işi var. Bu baxımdan onun ölkədən çıxmasına qadağa qoyulub. Yəni, qanunda bu yol verilən haldır. Əgər məhkəmə olacaqsa, yaxud istintaq gedirsə, onun ölkədən çıxdıqdan sonra geri qayıtmamaq ehtimalı var. Ona görə də bu qadağaların qoyulması təbii haldır”.
Digər Xəbərlər

Azərbaycanın Bolqarıstandakı səfiri geri çağırıldı

Nazir: "Rusiya nümayəndə heyəti Azərbaycana səfər edəcək"

Azərbaycan və Peru XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib

İlham Əliyevin Çinə səfəri BAŞA ÇATDI - FOTOLAR

Sahibə Qafarova Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb

"Bu görüşlər Azərbaycana daha çox sərmayə cəlb edəcək" - Deputat

İlham Əliyev San-Marinonun regent kapitanlarını təbrik etdi
