Millət vəkili Nizami rayon sakinlərinin problemlərini dinləyib - FOTOLAR
Millət vəkili K.Nurullayevanın Nizami rayon seçiciləri ilə səyyar görüşləri mütəmadi olaraq davam edir. Milli Məclisin deputatı Könül Nurullayeva Qara Qarayev prospekti 62, 66 və Əzim Əzimzadə küçəsi 34/60 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik çətinliklər ilə maraqlanıb.
Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.
K.Nurullayevanın Deputat qərargahından verilən məlumata görə, qaldırılan məsələlər əsasən mənzillərin istilik sistemi ilə təmin olunması, yaşayış binalarının fasadının, girişlərinin və pilləkən qəfəsinin təmirə ehtiyacının olması, məhəllələrə zibil qablarının qoyulması və ağaclara aqrotexniki qulluğun göstərilməsi, vətəndaşların işlə təmin olunması və s. bu kimi problemlərlə bağlı olub.
Səyyar görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

