adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Aprel 2018 14:19
17836
SİYASƏT

Millət vəkili Elçin Quliyev İlham Əliyevi təbrik etdi

Bu gün artıq tarixə çevrilən Azərbaycan Prezidenti İlham Əliyevi 11 aprel növbədənkənar prezident seçkilərində ki QƏLƏBƏSİ , onun bir daha Azərbaycan RespublikasınınPrezidenti seçilməsi münasibətilə təbrik edir, xalqımızın rifahı naminə prezidentlikfəaliyyətində ona yeni uğurlar arzulayıram.

11 aprel növbədənkənar Prezident seçkilərində Azərbaycanxalqı öz prezidentinə, sabitliyə, təhlükəsizliyə,inkişafa, tərəqqiyə yenidən böyük etimad göstərdi. Xalq-iqtidar birliyi öz zəfərinibir daha rəsmiləşdirdi. Xalqımız öz səs iləhəm də son 15 ildə görülən işlərə, qazanılanuğurlara, həyata keçirilən layihələrə qiymətini, dəstəyini ifadə etdi.

Bu bir həqiqətdirki gerçək xalq-iqtidar birliyi, aparılan məqsədyönlü siyasət Azərbaycanı qüdrətli dövlətəçevirməkdədir. Məhz bu birliyin sayəsində Azərbaycanınbeynəlxalq nüfuzu artır, dünya miqyasında layiqli yer tuta bilir, beynəlxalq tədbirlərdə,konfranslarda öz sözünü deyir. İndi Azərbaycandünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan, özünü etibarlı tərəfdaşkimi tanıtmış bir ölkədir.

Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinciölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır və bu gün Azərbaycan dünyanınən rəqabət qabiliyyətli ölkələri sırasındadır. Çünki Dövlət siyasətinin mərkəzindəhəmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı dayanıbdır.Son 15 il ərzində maaşlar və pensiyalar 8 dəfə artmışdır. Rəqabət qabiliyyətliliyinəgörə biz 35-ci yerdəyik.

AzərbaycanPrezidenti İlham Əliyevin apardığı çevik siyasət nəticəsində makroiqtisadi sabitliyinqorunub saxlanılması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətindəmühüm sistemli tədbirlər həyata keçirilməkdədir. Azərbaycanda biznes mühitinin formalaşdırlmasıüçün lazımı tədbirlər davamlı olaraq həyata keçirilir. İqtisadiyyatın aparıcı sektorlarındanbiri olan qeyri-neft sənayesinin inkişaf etdirilməsi və onun iqtisadi artıma artıqmüsbət töhfələr verməsi danılmaz faktdır.Aqrar sektorun inkişafı çərçivəsində sondövrlər ölkənin regionlarında aqroparklar, müasir tipli istixanalar intensiv bağçılıqvə tərəvəzçilik, baramaçılıq, pambıqçılıq inkişaf etdirilib. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir.Dövlətimizin təşəbbüsü və fəal iştirakı sayəsində Avrasiyanın enerji və nəqliyyatxəritələri yenidən tərtib olunur.

Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycanəsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızınbir hissəsini işğalçılardan azad etmişdir. İşğaldan azad edilmiş torpaqlara həyatqayıdır, insanlar qayıdır Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezidentseçkiləri keçirilir. Gün gələcək işğal altında olan bütün torpaqlarda Azərbaycanbayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, AzərbaycanPrezidenti seçiləcəkdir.

Xalqımı bir daha təbrik edirəm. Bu yol qələbə yoludur. Bu yolun yolçularıisə xalq-iqtidar birliyidir. Bunu Azərbaycan xalqı bilir, dəstəkləyir və etimadgöstərir. Bu yolda hər birimizə uğurlar.

Elçin Quliyev,

Millət vəkili