adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
05 Dekabr 2018 10:44
4706
GÜNDƏM

Milanda Qarabağ danışıqları: Nazirlər bu gün görüşəcəklər

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Adalet.az xəbər verir ki, nazirlərin görüşü ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsinə Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə Milanda baş tutacaq.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.