"MİDA mənzillərin satışı ilə bağlı heç bir rəsmi açıqlama verməyib" - Ekspert
"Maraqlıdır ki, MİDA ötən gün keçirilən güzəştli mənzillərin onlayn satışı ilə bağlı indiyədək heç bir rəsmi açıqlama verməyib. Saytında və sosial resurslarında bu haqda heç bir rəsmi açıqlama yerləşdirilməyib".
Adalet.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, ilk dəfədir ki, belə hal müşahidə olunur:
"Əvvəllər MİDA satış keçirilən gün ilkin məlumatları açıqlayırdı. Çoxsaylı istifadəçilər ötən gün keçirilən satış prosesində xeyli çatışmazlıqların, xüsusən də texniki problemlərin, satış başlayan an sistemin ani olaraq çökməsinin, sistemdə onlayn satış prosesini icra etməyin mümkün olmadığını bildiriliblər.
Əvvəlki satışlarda adətən sistemdə prosesi icra etdikdən sonra mənzillərin əldə edilməsinin mümkün olmadığı bildirilirdisə, bu dəfə ümumiyyətlə seçim prosesini icra etməyin mümkün olmadığı bildirilib. Ümid edirəm MİDA və aidiyyəti qurumlar baş verənlərə aydınlıq gətirəcəklər".
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

