"Microsoft Azerbaijan" bağlanır
" "Microsoft Azerbaijan" bağlanır. Bəlkə də son illərdə ilk dəfədir ki, İT sektorla bağlı məlumatı belə qüssəli ovqatda yazıram".
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, dünyanın nəhəngi, uzun illər Azərbaycanda da öz ab-havası ilə İT mühitə güvənlik və güc verən "Microsoft" şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir.
"Artıq ofisin rəhbəri, əksər işçiləri işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq "Microsoft Azerbaijan"da çalışmırlar. Görünür , "Microsoft" bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyib. Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, "Microsoft"ın Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır. Düşünmürəm ki, Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması yalnız "Microsoft"ın qlobal siyasəti ilə bağlıdır. Bu, belə deyil. Fikrimcə, bu səviyyəyə gəlib çıxmasına yol verməmək olardı. Zamanında gərəkən addımlar atılmalıydı. Baş verənlər ölkənin innovasiya mühiti, İT biznesi və bütövlükdə, İKT mühiti üçün düşündürücü olmalıdır. "Microsoft"un Azərbaycan ofisinin fəaliyyətini dayandırması bizim üçün utancdır".
Digər Xəbərlər
02 Mart 2026 11:27
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
27 Fevral 2026 14:05
Azərbaycanda bütün dövlət xidmətləri "Mygov"la göstəriləcək
27 Fevral 2026 11:39
Hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumlar edilir
26 Fevral 2026 12:29
Selçuk Bayraktarın sərvəti açıqlandı
25 Fevral 2026 18:21
Yaponiyada uçan avtomobilin ilk sınağı keçirildi
24 Fevral 2026 13:29
Evdə internet sürətinin ölçülməsi zamanı provayder adlarının fərqli görünməsi nə ilə bağlıdır?
24 Fevral 2026 11:56
"Telegram"ın təsisçisi terrorizmə kömək etməkdə şübhəli bilinir
19 Fevral 2026 15:21


Bakı -°C

