Mher Zargaryanın "erməniliyi: Uşağını xilas edənləri şərlədi
Ötən gün Azərbaycan sərhədçiləri qəflətən halı pisləşən uşağa ilkin tibbi yardım göstərib, ona su və şirniyyat veriblər. Elə ordaca uşağın valideynləri, yaradılan şəraitə və köməkliyə görə təşəkkürlərini bildiriblər.
Onlar həm də Arayik və Vardanyanın baş verənlərdə günahkar olduğunu bildiriblər:
Erməniəsilli ailə üç gündür yolda olduqlarını söyləyib: “Sağ olsunlar ki, azərbaycanlılar bizə yardım etdilər, su verdilər. Araik Arutyunyan kimilər və onun ətrafı güllələnməlidir. Lənətə gəlsin bu rejimi. Bizi məcbur evimizdən çıxardılar. Niyə də geri qayıtmaq olmasın, əlbəttə, istəyərdik. Biz sizdən eşidirik ki, geri qayıtmaq olar. Azərbaycan tərəfinin heç bir təzyiqini görmədik. Azərbaycanlılar qardaşdır. Türklər mərddirlər”.
Bunları söyləyən 44 günlük müharibənin iştirakçısı Mher Zarqaryandır. Mher Ermənistana çatan kimi erməni mediası onunla əlaqə saxlayıb, o, da milli xarakterinə uyğun olaraq " ətraflı məlumat" verib. Yəni şər- böhtanla dolu bir açıqlama! Erməni mediası yazır:İnternetdə video yayılıb , orada Artsaxdan olan bir adam Azərbaycan mediasına deyib ki, erməni milləti satqın millətdir və bu millət yox olmalıdır.
Mher bizə tələbin nə olduğunu və hansı mətni deməli olduğunu təqdim etdi. İki variant var idi, ya jurnalistləri çağırıb bu videonu çəkməli, ya da uşağımı qabağımda öldürəcəklərini deyirdilər:“Mənə dedilər ki, Azərbaycanda Arayik Arutyunyanı satqın adlandırmaq, generalların adını çəkib onların satqın olduğunu söyləmək daha yaxşıdır, məcburən yalan danışmışam. Məni 3-4 dəfə eyni şeyi təkrar etməyə məcbur etdilər, bir-birinin ardınca bu qədər deməsəm, ikinci dəfə xəbərdarlıq edilməyəcək, dedilər. Dedim ki, siz nə desəniz, edəcəm, uşağı sərhəddən keçmək üçün rahat buraxın”
O, həyat yoldaşı ilə ayrı-ayrılıqda aparılıb eyni şeyi etməyə məcbur edildiyini, onlarla ermənicə danışdıqlarını qeyd edib.
“Onlar ermənicə məndən yaxşı danışırdılar. Köhnə videomu yandırdılar və dedilər ki, Bakıda oturub səbirsizliklə məni gözləyirlər, 44 günlük müharibə günü qurban verəcəklər”.
Mher Zərqaryanın sözlərinə görə, o, azərbaycanlıların Həkəri körpüsündən daha bir nəfəri necə qaçırdığını görüb.
44 günlük müharibə vaxtı Mher erməniləri mübaroizəyə səsləyən videosu da yayılmışdı.
Ermənilərin iç üzü budur... Şər, böhtan, yalan...Xeyirxah insanları ləkələmək!
Əntiqə Rəşid
Digər Xəbərlər
05 Oktyabr 2026 19:41
Prezidentdən dərman müəssisəsinin açılışı ilə bağlı PAYLAŞIM
05 Oktyabr 2026 19:35
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
05 Oktyabr 2026 19:15
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
05 Oktyabr 2026 18:51
Prezident bu yarışın açılışında - YENİLƏNİB
05 Oktyabr 2026 18:21
Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır
05 Oktyabr 2026 16:54
Sabah leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Oktyabr 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
05 Oktyabr 2026 13:05


Bakı -°C

