adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Fevral 2020 09:23
25797
ŞOU-BİZNES

Meyxanaçı Namiqə “Aygün” atmacası - Fanatlar arasında dava

Meyxanaçı Namiq Qaraçuxurlu uzun müddətdir sosial şəbəkələrdə ya maraqlı paylaşımlaretmir, ya da paylaşım edirsə də "zəif” statuslara önəm verir.

Amma bu uzun sürməyib. Ötən gün sevilən meyxanaçı sosial media hesabında arxivfotosunu paylaşıb. Sosial şəbəkə istifadəçiləri bu paylaşımı maraqlaqarşılayıblar.

Adalet.az xəbər verir ki, sənətçi arxiv fotosuna "Yəni,mən nə vaxtsa bu boyda olmuşam?” şərhini yazıb.

Sosial şəbəkə istifadəçilərindən birinin fotoya "Aygünsizə yaxşı baxırmış” şərhini yazması isə qalmaqala səbəb olub. Rəylərdəmeyxanaçının və Xalq artisti Aygün Kazımovanın fanatları arasında davayaranıb.N.Qaraçuxurlu isə yazılan şərhlərə reaksiya verməyib.



Qeyd edək ki,bir zamanlar xalq artisti Aygün KazımovaMeyxana ustası Namiq Qaraçuxurlu iləuzun müddət sevgili olub, bir yerdə yaşayıblar. Sonralar isə gündəmi zəbt edənqalmaqallı açıqlamalarla ayrıldıqlarını elan etdilər. Hətta müğənni "ATVmaqazin onlarla” verilişinə açıqlamasında meyxanaçının onun bağ evini əlindənaldığını etiraf etdi:"Namiq bağ evimi əlimdən aldı. Elə insandır ki, hərşeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismətoldu”. Daha sonra bu sözləri söyləmişdi:"Bəli,burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsadanışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tezbir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm".

Namiqayrılıqdan sonra ailə qurub.

ƏntiqəRəşid