Metroda gediş haqqı artırılacaq?
Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb.
Adalet.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlər sərnişin axınının azalmasına, bu isə öz növbəsində Bakı Metropoliteninin gəlirlərinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, yaranan mümkün maliyyə itkisini kompensasiya etmək üçün gələcəkdə metroda gediş haqqının artırılması ehtimalı ola bilər.
Bəs gediş haqqının artırılması gündəmdədirmi?
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, metroda gediş haqqının tənzimlənməsi ilə bağlı qurumun qərar qəbul etmək səlahiyyəti yoxdur.
Qeyd olunub ki, gediş haqqı üzrə tariflər Tarif (qiymət) Şurası tərəfindən deyil, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə tənzimlənir.
Xatırladaq ki, hazırda Bakı metrosunda gediş haqqı 60 qəpikdir.
Digər Xəbərlər
07 Sentyabr 2026 12:27
“Haqqımda dediklərini sübut etməsələr, təzminat tələbim olacaq” - Xudayarın anası
07 Sentyabr 2026 11:32
Bu ay 8 gün iş olmayacaq
07 Sentyabr 2026 11:05
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək
07 Sentyabr 2026 10:33
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb
07 Sentyabr 2026 10:30
“Ancaq tiblə ölkə xilas olunmaz”
07 Sentyabr 2026 09:58
Yeni tədris ili ərəfəsində yollardakı vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
07 Sentyabr 2026 09:00
Şükür Həmidovun döyüş meydanından yeni görüntüləri - VİDEO
06 Sentyabr 2026 16:40


Bakı -°C

