adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Yanvar 2018 12:13
16051
ƏDƏBİYYAT

Mətləb Ağanın “Gələcək haqqında xatirələr” kitabı nəşr olunub

Yeni ilin ilk günlərində Mətləb Ağanın "Gələcək haqqındaxatirələr” adlı növbəti,sayca dördüncükitabı işıq üzü görüb.

Elm və təhsil” nəşriyyatında nəşr olunan kitaba akademik, Milli Məclisin deputatı, əməkdar elm xadimi Nizami Cəfərov ön söz yazıb, redaktoru isə şair-publisist DəyanətOsmanlıdır.

500 tirajla çıxan yeni kitabda Mətləb Ağanın sonillərdə yazdığı "Qırmızı yağışlar nə zaman yağır?”, "Sevgi haqqında demoqogiya və ya Prometey əfsanəsinin gerçək üzü”, "Harinin ikinciintiharı və ya Stanislav Lemin "Solyaris” müəmması haqqında”,"Varavva və çar İrodunə birləşdirirdi?”, "MixaelEndenin qəribə səyahəti."Momo” haqqında bəzi qeydlər”, "O gələcək gələcəkmi? Və ya"Homo deus. Sabahın qısa tarixi barədə bəziqeydlər”kimi və digərmaraqlıesseləritoplanıb.

Kitabı Bakınınkitab mağazalarından vərespublikamızın rayon-şəhər kitabxanalarından əldə edib oxumaq mümkündür.