adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Yanvar 2018 11:24
53501
MÜSAHİBƏ

Məti Osmanoğlu: "Söz sənətinin ölçüyə sığmayan sirli tərəfi var"

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O sözsahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir.Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqındaanlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağıfiloloq-alim, ədəbiyyatşünas MətiOsmanoğludur.

-Ədəbiyyat cəmiyyətdə həmişə birmənalıqarşılanmır. Xüsusən də söz adamları… Bir söz adamının cəmiyyət üçün əsas özəlliyinədən ibarət olmalıdır?

-Böyük ədəbiyyatın başlıca missiyası insanların zövqünü və düşüncəsinitəzələmək, belə deməkmümkündürsə, insanların zövq və düşüncəsini "öz tərəfinə çəkmək” uğrunda mübarizə aparmaqdır. Ona görədə cəmiyyətlə ədəbiyyat arasında daimi bir müxaliflik var. Cəmiyyət ədəbiyyatdaöz istədiyini, zövqünün vərdiş elədiklərini görmək, ədəbiyyat isə cəmiyyəti vərdişdən,ətalətdən azad etmək istəyir. Görünür, ədəbiyyatın cəmiyyətdə həmişə birmənalıqarşılanmamasının başlıca səbəbi də budur. Söz adamının əsas özəlliyi isə ondadır ki, bütün çətinliklərə sinə gərib,əzəli mübarizəsini davam etdirir, oxucunun üstünə gedir. Həsən bəy Zərdabinindedikləri burada lap yerinə düşür: "Hər kəsi çağırıram - gəlmir; göstərirəm-görmür; deyirəm-qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan,onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdəheç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daşqoysan, bir neçə ildən sonra su tökülməkdə o bərk daş mürur ilə əriyib deşilir,habelə söz də. Ələlxüsus doğru söz”. Cəlil Məmmədquluzadə isə bu fikriironiya ilə belə tamamlayırdı: "Çünki hükəmalarbuyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”...

Söz sənətinin ölçüyə sığmayan sirli tərəfi də var. Həmin tərəfdənyanaşdıqda yeni əsərlərini cəmiyyətin səbirsizliklə gözlədiyi söz adamları davar. Məsələn, yaxın keçmişimizdə Səməd Vurğunun hər bir əsəri maraqlaqarşılanar, dildə-ağızda gəzərdi. Məmməd Arazın, Hüseyn Arifin şeirləri ənelitar salonlarda da, ucqar bir kənddəki aşıq məclislərində də eyni sevgi və hərarətləqarşılanardı...

-Ədəbi tənqid son zamanlar özaktuallığını sanki itirib. Lakin bu amil yəni ədəbi tənqid mətnlərin, ədəbinümunələrin təhlili və nizamı baxımından önəmlidir. Ədəbi tənqidin bu günki vəziyyətisize qane edirmi?

- Son zamanlar şeirin, nəsrin, publisistikanın vəziyyətinecədirsə, ədəbi tənqidin vəziyyəti də elədir: ədəbi tənqid bədii sözdən nə biraddım daldadır, nə bir addım öndə. Əlbəttə, ədəbiyyatımızın ümumi səviyyəsinindaha yüksək, ictimai fikrə daha ciddi təsir göstərmək gücündə olmasını arzu edərdim. O ki qaldı "ədəbi tənqidin aktuallığını itirməsi”təsəvvürünün yaranmasına, məncə, bu, tənqidə uzun müddət bəslənilmiş münasibətdənqaynaqlanır. Ədəbi tənqidə tənzimləyici qüvvə kimi yanaşırıq: bizdə belə birfikir formalaşıb ki, ədəbiyyatda nə çatmırsa, buna tənqid cavabdehdir. Mən beləhesab edirəm ki, tənqid adlandırdığımız sahənin çatışmazlıqları olduğu kimi,uğurları da var. Məsələn, İradə Musayeva aktual tənqidin maraqlı nümunələriniyaradır, ədəbiyyatımızın yeni hadisələrini təhlil edərək ictimaiyyətə təqdimetməklə yanaşı, çatışmazlıqlara qarşı da prinsipial mövqe nümayiş etdirir. RüstəmKamalın ədəbi fikrimiz üçün yeni hadisə olan esseləri həm filoloji, həm də bədii fikirdə ciddi əks-səda yaradır.Cavanşir Yusifli dünya estetik fikri ilə Azərbaycan bədii düşüncəsi arasındafiloloji baxımdan maraq doğuran paralellər qurur. Elnarə Akimovanın, NərgizCabbarlının, Ülvi Babasoyun yazıları maraqla oxunur. Bunlar az deyil ki...

-Adətən müəlliflər öz həyatlarını yazmışolduqları əsərlərində canladırmağa çalışır. Bəzən bu uğurlu, bəzən də uğursuzolur. Ümumiyyətlə, ədəbi əsərin uğur formulu sizin üçün necə olmalıdır?

-Müəllifinöz həyatını yazması, tərcümeyi-halını qələmə alması təbiidir: çünki hər yazan kəsöz düşüncələrini qələmə alır və həmin düşüncələri onun şəxsi müşahidələri,yaşadıqları, gördükləri, tanıdıqları, inandıqları, inanmadıqları, məmnuniyyətləri,etirazları formalaşdırır. Əsərin uğuru və uğursuzluğu isə nədən yazılmasındandeyil, necə yazılmasından, hansı istedadın məhsulu olmasından asılıdır. Bədii ədəbiyyatınfərqli cəhəti – özəlliyi və gözəlliyi bundadır ki, onun hər yerə tətbiq ediləbiləcək düsturunu müəyyənləşdirmək çətindir: universal "uğur düsturunu” tapmaqisə mümkün deyil. Çünki hər uğurlu əsərin özünün ayrıca "düsturu” var və həmin"düsturu” başqa əsərə tətbiq etsən, hazır və köhnə cavab alacaqsan, ortayaboyat məhsul çıxacaq. Qəribədir ki, əlinə qələm alanların çoxu məhz hazırdüsturların tətbiqinə üstünlük verir. Bədiisöz isə dünyanı və insanı bizim görə bilmədiyimiz tərəfdən göstərməyibacarmalı, bizi "2+2”nin 4-ə bərabər olmadığı üzərində düşündürə bilməlidir...

-Sovet ədəbiyyatının izlərini hələ dəmüasir ədəbi proseslərdə görmək olar. Bunun yaxşı və pis tərəflərini nədəgörürsünüz?

-Tamciddi qənaətim belədir ki, hələ 1960-cı illərdən "sovet ədəbiyyatı” anlayışıideoloji və siyasi baxımdan süquta uğramışdı. Sovet imperiyasının əhatə məkanındaideologiyadan təmizlənmiş normal ədəbiyyat yaranırdı və oxunurdu. Əlbəttə, həminədəbiyyatı hərə öz istedadının ölçüləri miqyasında yaradırdı. Məsələn, ÇingizAytmatov, Vasili Şukşin, Valentin Rasputin, Vasili Belov, Nodar Dumbadze, İonDrutse kimi Sovet məkanında yaxşı tanınan yazıçıların yaradıcılığı hər hansıideologiyadan asılı deyildi. Azərbaycan ədəbiyyatında İsmayıl Şıxlının "Dəli Kür”, İsa Hüsüynovun"Saz”, Tütək səsi”, "Məhşər”, Vidadi Babanlının "Vicdan susanda”, Anarın "Gürcüfamiliyası”, "Beşmərtəbəli evin altıncı mərtəbəsi”, Elçinin "Baladadşın ilk məhəbbəti”,"Dolça” kimi əsərlərinin sovet (eləcə də qeyri-sovet) ideologiyasına heç biraidiyyəti yox idi. Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Cəbrayılzadəninşeirlərini cəmiyyət birmənalı qarşılamasa da, heç vaxt "sovet ədəbiyyatı” nümunələrikimi də qəbul etməmişdi. Bir qədər sonra isə ədəbiyyatda antisovet əhval güclənməyəbaşladı. "Qətl günü” (Yusif Səmədoğlu), "İdeal” (İsa Hüseynov), "Ölüm hökmü”(Elçin) kimi əsərlər yarandı və bu əsərlər ictimai fikirdə ciddi rezonansoyatdı. Əgər bu gün bu ənənələr davam etdirilirsə, buna pis baxmıram. Zəif əsərisə hansı ideologiyanın və ya poetik sistemin "izlərini” daşımasından asılıolmayaraq həmişə "oyundan kənarda” qalır. Zəif əsərlərin cəzasını oxucu vəzaman verir, bu cür əsərlər unudulmağa məhkum edilir...

-Müasir dövr ədəbi mühitində öz yolu, özdəsti-xətti olan imzalar var. Bu imzalardan kimləri oxuyursunuz?

-Bu suala ikiaspektdən yanaşa bilərik: bir – yaşından asılı olmayaraq müasir dövrdəyazıb-yaradan bütün yazıçılar; iki – müasir dövrün, yaşadığımız zamanın içindəyetişmiş yeni ədəbi nəsil. Mənə elə gəlir ki, sizin suala ikinci aspektdənyanaşmaq daha dəqiq olar...

Düzünü deyimki, mənim üçün öz təmsil etdiyim nəslin yaradıcılığını təhlil etmək, məsələn,Saday Budaqlının, Səfər Alışarlının, Rüstəm Behrudinin, Akif Əhmədgilin yaradıcılığınaqiymət vermək daha asandır. Yeni nəsil özü ilə yeni düşüncə tərzi və estetiksistem gətirir və bu sistemi qiymətləndirmək fərqli yanaşma, xüsusi diqqət tələbedir. İşin maraqlı cəhətlərindən biri budur ki, yeni nəsil ədəbi qiymətləndirmənidaha çox özündən əvvəlki nəsil(lər)dən gözləyir. O ki qaldı konkret adlara,yeni nəsli təmsil edən ciddi ədəbiyyat adamları yetişib. Qan Turalı, ŞərifAğayar, Qismət, Fərid Hüseyn, Mirmehdi Ağaoğlu kimi yazıçılar müasir ədəbiyyatımızdayeni iqlim yaradırlar. Yeri gəlmişkən, Şərifin sayt rəhbəri kimi fəaliyyətinəbir iradımı bildirməyi də zəruri hesab edirəm: Azərbaycanın siyasiartıq-urtuqlarının Səməd Vurğun haqqında nalayiq mülahizərlərinə geniş meydanverməsi, hər şeydən öncə, rəhbərlik etdiyi sayta ziyan vurur, saytın ciddioxucularını azaldır...

-Şair və yaxud yazıçının hər hansı bir vəzifədəolması onun yaradıcılığına necə təsir göstərir? Ola bilərmi ki, yaradıcılıq sərhədlərini müəyyən etmək həminmüəllif üçün nöqsan hesab oluna bilərmi?

-Baxır vəzifəyə və vəzifə daşıyan adamın xarakterinə, vəzifəsinə və ədəbiyyatayanaşmasına. Əgər yazıçı ad-san, imtiyaz məsələsində daşıdığı vəzifədənsui-istifadə edir, "rəiyyətin” payına iştah salırsa, yaxud daşıdığı vəzifə ona"toxunulmazlıq” zirehi geyindirirsə, bundan ədəbi proses uduzur...

-Həqiqət anlayışı sizin üçün nədir?

-Yaşımartdıqca həqiqət nisbi anlayış olduğuna daha artıq inanıram. Mütləq həqiqətyoxdur: dünyada nə qədər insan varsa, o qədər də həqiqət var. Ona görə də bədiisözün həqiqət axtarışı əbədidir. Ədəbiyyat yarandığı vaxtdan həqiqəti axtarmaqyolundadır və bu yolun son mənzili yoxdur. Səməd Vurğun demiş: "Beşiyi, məzarı əbədiyyətdir”...

-Mütaliə vərdişinin formalaşması üçün zəruri olanamillər hansılardı?

-Bu,məni qayğılandıran ən ciddi problemlərdən biridir və mənə elə gəlir ki, dövlət əhəmiyyətliməsələdir. Mütaliə səviyyəsi hər bir millətin mədəniyyət göstəricisidir. Etirafetməliyik ki, bu göstərici bizdə indi dibə enmiş səviyyədədir. Bu gün dövlətinvəsaiti ilə nəşr edilən ədəbi jurnallarımızın tirajı əhalimizin sayı iləmüqayisədə cüzidir, müəlliflərin min bir əziyyətlə və xərclə nəşr etdirdiklərikitabların satış səviyyəsi təəssüf doğurur. Mütaliə mədəniyyəti uşaqyaşlarından ailədə və məktəbdə formalaşdırılmalıdır. Yenə təəssüflər olsun ki,bu sahədə nə ailə, nə də məktəb öz borcunu layiqincə yerinə yetirə bilir. Dövlətbu qədər xərc çəkir, proqramlar tərtib olunur, kitablar yazılır, dərslərkeçilir, zaman xərclənir... Ancaq sanki heç kəs ədəbiyyat təliminin başlıca vəzifəsininzövqlü və mədəni oxucu yetişdirmək olduğunun fərqində deyil. Orta məktəblərüçün tərtib edilmiş ədəbiyyat dərsliklərinin səviyyəsi ilə bu problemin yaxın gələcəkdəaradan qaldırılacağına inanmıram.

-Dünya ədəbiyyatından oxumağı vacib bildiyiniz əsərlər…

-Dünyaədəbiyyatının klassik nümunələrinə üstünlük verirəm. İşin tərs tərəfi ondadırki, biz hələ öz klassiklərimizi layiqincə oxuya və oxuda bilmirik. Problemyaradan məsələlərdən biri də tərcümə ilə bağlıdır. Dünya ədəbiyyatının seçmənümunələrinin əksəriyyəti hələ dilimizə ya tərcümə edilməyib, ya da edilənlərinəksəriyyətinin bədii səviyyəsi yarıtmazdır...

-Niyə bizim ədəbiyyatımızda Nobel mükafatına namizədəsərlər yoxdur?

-ƏdəbiyyatımızdaNobel və digər nüfuzlu ədəbiyyat mükafatlarını ala biləcək əsərlərin olmamasıfikri ilə razı deyiləm və düzünü desəm, bu mükafata layiq görülmüş əsərinolmaması məni o qədər narahat etmir. Mənim aləmimdə yazıçının və ədəbiyyatın ənböyük mükafatı oxunmaqdır. İlk növbədə də yarandığı dildə oxunmaq. Mən ədəbiyyatımızınbaşlıca problemini bunda görürəm və mənə elə gəlir ki, bu məsələ üzərində ədəbiyyatıyaradan insanlar çox ciddi düşünməlidirlər. Məşhur İtaliya yazıçısı və alimiUmberto Ekonun maraqlı bir essesi var: "Oxucunu yaratmaq”. Bu gün yazıçının işiyalnız əsər yaratmaq deyil, həm də oxucu yetişdirmək olmalıdır.

-Keçmiş, yoxsa gələcək?

-Keçmiş, bu gün və gələcək...

-Son olaraq söz haqqında sözünüz...

-Bu yazı qəzetinizdə nəşr olunacaq gün – yanvarın 5-də mənim 60 yaşımtamam olur (sənədlərimdə doğum tarixim 1 iyul göstərilib). 60 yaş mənə dediyimhər sözə daha böyük məsuliyyətlə yanaşmağı tələb edir. Füzulinin dili ilə desək:

Artıransöz qədrini sidq ilə qədrin artırar,

Kimnə miqdar olsa, əhlin eylər ol miqdar söz.