adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Dekabr 2014 16:24
3667
MƏMLƏKƏT

Mətbuat Şurası nekroloq yaydı

Dekabrın 20-də Azərbaycanın tanınmış jurnalisti MəryəmAbbas qızı Həsənzadə vəfat edib.

 

M.Həsənzadə 1932-ci ildə Bakıda dünyaya göz açıb. Ortatəhsilini paytaxtın 132 saylı məktəbində alıb. Azərbaycan tarixində xeyriyyəçiliyiilə tanınan Hacı Zeynəlabdin Tağıyev nəslinə mənsubluğu Məryəm xanımınxarakterinə xas nəciblik xüsusiyyətlərini şərtləndirib. Xüsusilə qadınhəmkarları onun mənəvi keyfiyyətlərini özlərinə nümunə götürüb,yaradıcılıqlarına örnək sayıblar. Bu örnəyi zəngin həyat yoluna çevirənyaşantılar kifayət qədərdir.

 

M.Həsənzadə Bakı Dövlət Universitetinin jurnalistikafakultəsinin ilk qadın məzunlarından olub. Hələ tələbəlik illərində müxtəlifjanrlarda qələmə aldığı yazılar respublika mətbuatında müntəzəm yer alıb.

 

Gənc jurnalistin milli mətbuatımızın aparıcınümunələrindən olan «Xalq qəzeti»nə (keçmiş «Kommunist») ədəbi işçi kimi qəbulolunması böyük etimad sayıla bilərdi. Məryəm xanım nəinki bu etimadı doğrultdu,eyni zamanda neçə-neçə jurnalist kadrların püxtələşmələrində məktəb rolunuoynadı. Nəşrdə 40 ilə yaxın müddətdə müxbir, mədəniyyət yazarı kimi fəaliyyət göstərdi.

 

M.Həsənzadənin yaradıcılıq dünyasında publisistikdüşüncələr aparıcı xətti təşkil edib. Rəssam məharətilə cızdığı portretlərin görünməyəntərəflərinin təqdimatında duyulan sözün qüdrəti olub. Yorulmaq bilməyən səmərəli fəaliyyəti jurnalistə genişoxucu auditoriyası qazandırıb. Müəllifin bir sıra qələm nümunələri "Ürəyəm, arzum sənsən” adlıoçerklər kitabında toplanıb. Azərbaycan Respublikası Ali Sovetinin FəxriFərmanı, dövrün sayılıb-seçilən mükafatlarından «Qızıl qələm»lə təltif olunanMəryəm xanım öz peşəsini övladlarına da sevdirib.

 

AzərbaycanMətbuat Şurası Məryəm Həsənzadənin dünyasını dəyişməsini onun ailəsi iləyanaşı, bütövlükdə milli mətbuatımız üçün böyük itki sayır. Mərhumun doğmlarınavə əzizlərinə dərin hüznlə başsağlığı verir.

 

Allahrəhmət eləsin!

 

Azərbaycan Mətbuat Şurası