Messi və Serxio Buskets tandemi dünya rekordunu yenilədi
Argentina millisinin futbolçusu Lionel Messi və İspaniya yığmasının sabiq üzvü Serxio Buskets karyeraları ərzində birlikdə keçirdikləri oyun sayını 653-ə yüksəldərək dünya rekordunu yeniləyiblər.
Adalet.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, bu görüşlərin 569-u İspaniyanın “Barselona”, 84-ü isə ABŞ-nin “İnter Miami” klublarının heyətində baş tutub. Rekord göstərici ispaniyalı yarımmüdafiəçinin son MLS mövsümündən sonra karyerasını başa vurması ilə yekunlaşıb.
Serxio Buskets daha əvvəl Jerar Pike ilə bu göstəricidə rekord müəyyənləşdirib. Onlar birlikdə 620 qarşılaşmada (533-ü “Barselona”, 87-si İspaniya millisi) meydana çıxıblar.
Qeyd edək ki, futbol tarixində yalnız dörd oyunçu cütlüyü 600-dən çox matçda birlikdə iştirak edib. Ötən il Manuel Noyer və Tomas Müller tandemi də bu həddi keçərək 611 oyuna çatıb. Onlar Almaniyanın “Bavariya” komandasının formasında eyni meydanı bölüşüblər.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

