Messi daha bir rekorda şərik oldu

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının Cənubi Amerika zonasında keçirdiyi oyunların sayına görə rekorda şərik olub.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Venesuela komandasına qarşı matç (3:0) Messi üçün seçmə mərhələdə 72-ci olub.
38 yaşlı hücumçu bu göstəriciyə görə Ekvador millisinin sabiq müdafiəçisi İvan Urtadonun rekordunu təkrarlayıb.
Qeyd edək ki, ötən gecə baş tutan Argentina - Venesuela matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Messi bu görüşdə iki qol vurub.
Digər Xəbərlər

DÇ-2026: Azərbaycan millisi böyük hesabla məğlub olub

"Formula 1" Monako Qran-prisi ilə müqavilənin müddətini 2035-ci ilə qədər uzadıb

Onlar DÇ-2026-da iştirak edəcəklər

Montellaya Türkiyə vətəndaşlığı veriləcək

DÇ-2026-nın seçmə mərhələsi: Millimiz İslandiyanın qonağı olacaq

Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi

"Azərbaycan yığması ilə matçda qalib gəlməliyik" - Qunnlauqsson
