Messi Avropa klublarına qayıtmayacaq
ABŞ təmsilçisi "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi futbolçu karyerasının sonunadək Avropa klublarına qayıtmayacaq.
Adalet.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə çıxış etdiyi klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
"Barselona"ya qayıtmaq, həmişə olmaq istədiyim yerdə oynamaq imkanı əldə etmək istəyirdim. Amma bu, yenə mümkün olmadı. Sonra ailə olaraq qərar verdik. Dünya çempionatının qalibi olmağımızın da böyük təsiri oldu. Mənə aydın idi ki, Avropada başqa komandada oynamaq istəmirəm", - deyə Messi vurğulayıb.
Qeyd edək ki, Lionel Messi bu mövsüm "İnter Mayami"nin heyətində keçirdiyi 10 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Avropada "Barselona" və PSJ klublarının formasını geyinib.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

