31 Avqust 2023 14:07
955
ELM VƏ TƏHSİL

Məşhurların övladları tələbə adını qazandılar… - FOTO

Bildiyimiz kimi, ali məktəbə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Tələbə adını qazananlar içərisində  məşhurların övladları da yer alır.

Aktyorlar Toğrul Rza və Ülviyyə Rzanın övladı Orxan da tələbə adını qazanıb.

Bu barədə aktyor Toğrul Rza facebook hesabında məlumat yayıb:

“Bu gün həyatıma ən gözəl günlərdən biri kimi düşdü. Oğlum Orxan Bakı Dövlət Universitetinin Politologiya fakültəsinə qəbul olub. Hər birinizə bu sevinci yaşamağınızı arzulayıram.”

Mərhum şair Şahmar Əkbərzadənin nəvələri Şahmar və İnci də bu adın sevincini yaşayanlar sırasındadırlar.

Bu barədə şairin oğlu Elşən Əkbərzadə sosial şəbəkə hesabında paylaşım edib:

“Qardaşım oğlu Şahmar və qızım İnci ADNSU-nun tələbəsi adını qazandılar. Şahmarım İqtisadiyyat fakultəsinin ingilis bölməsinə, qızım isə Memarlıq mühəndisliyi fakultəsinin ingilis bölməsinə qəbul oldular. Bütün tələbə adını qazanan övladları təbrik edirəm.”

Tanınmış aktyor Ramin Şıxəliyevin oğlu Mikail  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. Bu barədə aktyor instagram hesabında paylaşım edib:

“Oğlum bir daha təbriklər ! Ali məktəblərə qəbul olan bütün abituriyentləri bir daha ürəkdən təbrik edirəm!”

Əməkdar artist Elnur Əhmədovun qızı Aynur da günün sevinci yaşayanlar sırasındadır.  Belə  bu barədə kaman ifaçısı məlumat yayıb:

“Gözəl qızım Aynur tələbə adın mübarək. Azərbaycan Turizm və Menecment Universiteti.(Turizm işinin Təşkili).Tələbə adını qazanan gənclərimizi ürəkdən təbrik edirəm.Allah hər birini qorusun.”


Əntiqə Kərimzadə