Məşhur aparıcı Azərbaycan haqqında sənədli film çəkdi
Türkiyənin tanınmış aparıcısı, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Əsra Gəzginci “Əsrarəngiz Azərbaycan” adlı sənədli film ərsəyə gətirib.
Türkiyənin Azərbaycandakı səfirliyindən Adalet.az-a verilən məlumata görə, sənədli filmin əsas mövzusu Azərbaycanın mədəni irsi, folkloru, xüsusilə Qarabağın tarixi, həmçinin, Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətləridir.
Əsra Gəzgincinin sözlərinə görə, “Əsrarəngiz Azərbaycan” filmində Bakıdan Türk dünyasının paytaxtı Şuşaya qədər uzanan səyahəti əks etdirən ümumilikdə 10 veriliş çəkilib.
Qeyd edək ki, sənədli film daha öncə Türkiyənin NTV kanalında izləyicilərə təqdim edilib. Verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışan Ə.Gəzginci Şuşanın önəmi barədə NTV izləyicilərinə ətraflı məlumat verib.
Film aprelin-2-də Azərbaycan İctimai Televiziyasının efirində də yayımlanacaq.
Daha öncə filmin ilk bölümü yayınlanmışdı.
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

