adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Noyabr 2019 15:48
42206
İDMAN

MƏŞQÇİLƏR SONRADAN OYUNU TƏKRAR İZLƏMİRLƏR?

Çempionatın son turunun4 oyunun dördünü də izlədim.Ümumiyyətlə, bütün çempionatı izləyirəm. Və hər oyunda da eyni futbolçuların eyni səhvlər etdiyinin şahidi oluram.Yəqin ki, məşqçilər də bunugörürlər. Bəs, niyə tədbirgörmürlər?

«Ay bala, topu axşam evinizə aparacaqsan, at də!»- oyunlara baxarkən ən çox işlətdiyim ifadədi.Ağıllı futbolçu odur ki, ona gələn topu hələona çatmamış kimə ötürəcəyinibilməsidir. Çox təəssüf ki,bunu bizim futbolçularda görmürük. Və yadınıza salın, həmyerli çempionatda, həm də Avropaoyunlarında qapılarımıza vurulantopların yetmiş faizi məhz futbolçularımızın topu özündə çoxsaxlamaları, topları vaxtında ötürə bilməmələri nəticəsində itirirlər, rəqib də həmin topuvurur bizim qapıya. Özü də bu səhvləriən məşhur futbolçularımız da edir.

Belə səhvlər dünya futbolundan da xali deyil, amma day bizdə vurub çıxır kəllə çarxa.

Nəticədə bəzən «Qarabağ»ınoyunlarında Almeyda ilə Miçel sanki eləbil o biri komandadan oynayır.

Yaxşı olar ki, məşqçilər oyunçularına bir çəki-düzən verələr, cəzalandıralar,bəlkə onda ağılları başlarına gələ.