adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Aprel 2020 08:48
29560
ŞOU-BİZNES

Məşhurların “EVDƏQAL” əyləncələri... kim, harda, nə vaxt, nə edir?

Tədqiqatçılar hazırda düşünür ki,koronavirusa yoluxmuş hər 1000 nəfərdən 5-lə 40 arasında adam, daha yaxşı təxminilə hər 1000 nəfərdən 9-u və ya təxminən 1 faizi ölümlə üzləşəcək. Bu risqiyaşamaq istəməyən hər kəs özünü qorumalı evdən bayıra cıxmamalıdır. Bu karantindövrü hesab olunur və vətəndaşlar özlərinin- yaxınlarının xatirinə EVDƏQAL xəbərdarlığınauymaq məcburiyyətindədirlər. Belə bir karantin dövründə məşhurlarımızın nə işləməşğul olduğunu öyrənmək ücün internet üzərindən balaca bir araşdırma apardıq.


Adalet.azxəbər verir ki, sevilən müğənni GülayZeynalova sosial media hesabında video paylaşıb. Müğənninin paylaşdığıvideolarda müğənninin qızı ilə vaxt keçirdiyi görüntülənib. Koronavirusla əlaqədarməktəblərin bağlanması və artıq məktəblilərin dərslərinə evdə davam etməsinəgörə Gülay da gündəlik vaxtının çoxunu övladına sərf edir. Onunla birlikdətapşırıqlar edir, oyunlar oynayır, mətbəx işləri ilə məşğul olur.

Tanınmışmüğənni Nura Suri evindən videopaylaşıb.İfaçı balaca oğlunun idman edərkən çəkdiyi görüntüləri sosial şəbəkəhesabında yayıb. Onun bu videosu marağa səbəb olub.


Xalqartisti Mələkxanım Əyyubova da oğlu Cəfərin fotosunu paylaşıb.

Xalq artisti oğlunu ad günü münasibətiilə təbrik edib. O fotoya belə şərh verib:
"Canım oğlum, Cəfərim, yubileyin mübarək! Sənə sağlam ömür arzu edirəm".
Qeyd edək ki, Mələkxanım Əyyubovanın iki oğlu, iki qızı var.



"Evdəqalıram, amma özümə baxıram. Saçlarımın qaynağın çıxardım, qulluq edirəm. Üzüməmakiyaj etmirəm. İmanımdan da qalmıram".

Bu sözləri Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişində deyib. Aktrisaefirə zəng edərək, koronavirus infeksiyasından qorunmağından danışıb:



"Evimə heç kimi buraxmıram. Qızım dərsləri onlayn alır. Evdə köməkçim var,marketə bircə o gedir. Onu da özüm aparıram, kənarda dayanıram, o, alış-verişedir.Vitaminli qidalar qəbul edirəm. Spirtim əlimdən düşmür. Qohumlarla ancaqgörüntülü danışırıq".


Evli-uşaqlı müğənnilərdənkecid alaq subaylara... MüğənniAysun İsmayılova maraqlı paylaşımıilə diqqət çəkib. instaqram hesabında fotosunu paylaşan Aysun sevgilisinəismarıc yollayıb. Belə ki, o, fotonu paylaşaraq: "Mən özümü səndə itirmişəm...başqasıçətin tapar" şərhini yazıb.

Foto izləyicilərin marağına səbəb olub. Onlar Aysunun yazdığının sevgilisinəaid olduğunu vurğulayıblar.

Avroviziya təmsilçilərimizdən olan Səmra Rəhimli "Instagram” hesabında küçədərəqs etməsinipaylaşıb.

Səmraboş qalan Bakı küçələrində rəqs edib. O, rəqsini "Onlar adımı bilir, amma mənitanımırlar. Şahzadə... Karantində” şərhi ilə paylaşıb.

Müğənnininhərəkəti izləyiciləri tərəfindən tənqidlə qarşılanıb. Hamı onu evdə qalmağa səsləyib.

Bundansonra Səmra paylaşımının şərhini dəyişərək belə yazıb:

"İki ay əvvəl parklara, küçələrə ancaq video və şəkillərdə baxacağımız ağlımızagəlməzdi. Koronavirusdan dünya xilas olsun, çıxaq gəzək”.

Beləcə məhşurlarımız cansıxıcı ev günlərini maraqlı etməkdə israrlıdırlar... Evdəqalın!

Əntiqə Rəşid