adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 May 2016 14:31
17460
ƏDƏBİYYAT

Məşhur yazıçı rus kinolarına qiymət verəcək

Məşhurfransız yazıçı, tənqidçi, ssenarist Frederik Beqbeder 24-cü Rusiya KinoFestivalının münsiflər heyətində təmsil olunacaq. Adalet.az Rusiya mətbuatınaistinadən bildirir ki, 22-27 noyabrda keçiriləcək festival Fransada keçirilənrus filmlərinin qiymətləndirməsi hesab edilir.

Festivalıntəşkilatçılarından olan Yelena Kvasova-Düffor Beqbederin ən uyğun münsifolduğunu deyib. Onun sözlərinə görə, Beqbeder qədər əcnəbi olub Rusiyanı, onuntarixini, mədəniyyətini, ədəbiyyatını tanıyan adamlar nadir hallarda rastlanır. 

Beqbederinözü isə Rusiya ədəbiyyatının vurğunu olduğunu söyləyir. Ən sevdiyi əsərlər:Fyodr Dostoyevskinin "Cinayət və cəza”, Mixail Bulqakovun "Ustad və Marqarita”,Boris Pasternakın "Doktor Jivaqo”əsəri, eləcə də Anton Çexovun hekayələridir.