Məşhur türk serialı oğurluq imiş
FETÖ ilə əlaqəsi olduğu üçün bağlanan Samanyolu televiziyasında yayımlanmış "Küçük gelin" serialının oğurluq olduğu ortaya çıxıb.
Adalet.az-ın Türkiyə mətbuatına istinadən məklumatına görə, məhkəmədə serialın yazar Dursaliye Şahana aid olan layihədən oğurlandığı bildirilib. Yazar hakim qarşısında 2005-cı ildə ssenarist Erkan Çıplakın ondan ssenarini oxumaq üçün aldığını, ancaq telekanala öz əsəri kimi verdiyini iddia edib.
Qərar nəticəsində serialın ssenari müəllifi E.Çıplak D.Şahana maddi və mənəvi təzminat ödəyəcək.