adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Oktyabr 2017 15:38
20483
MƏDƏNİYYƏT

Məşhur rejissor ABŞ kino akademiyasından qovuldu

Amerikalı məşhur rejissor Harvi Vaynşteynin Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasına üzvlüyü ləğv edilib.

Adalet.az xəbər verir ki, Harvinin üzvlükdən çıxarılmasına səbəb "Nyu York Tayms” qəzetinin onu cinsi təcavüzdə ittiham etməsi olub.

Qeyd edək ki, qəzetin yayımladığı xəbərdən sonra Vaynşteyni həyat yoldaşı tərk edib. Onun əlindən həmçinin Fransanın ən prestijli mükafatı sayılan "Fəxri Legion"un da alınması məsələsi gündəmə gəlib.