adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Sentyabr 2018 10:12
35448
MƏDƏNİYYƏT

Məşhur kitab qrupunun admini: “Qadınlar daha çox oxuyur”


Facebookda"Kitabsevərlər” adlı bir qrup var. Qrupun 41 min üzvü hər gün kitablar haqqındafikirlərini paylaşır, müzakirələr təşkil edir.

Adalet.az"Kitabsevərlər” qrupunun adminlərindən Fariz Bayramovla müsahibəni diqqətinizəçatdırır.

-Fariz bəy, maraqlı bir layihəni reallaşdırmısınız. Facebookda "Kitabsevərlər”qrupu açmısınız və bir çox insanı ora cəlb etmisiniz. İdeya necə yarandı?Mümkünsə bizə bundan danışardınız…

- "Kitabsevərlər” qrupu2009-cu ildə Rəşad Babalı tərəfindən yaradılıb. İdeya Rəşadın ağlına gəlib, əsasməqsədi sosial şəbəkədə olan kitabsevərləri bir araya gətirməklə onlarınbir-birlərinə stimul verməyini təmin etmək olub. İlk illər yalnız virtual fəaliyyətgöstərilib. Mən özüm 2013- cü ilin sonunda qrupa qoşulmuşam, 2014- ün yanvarayında isə Rəşad Babalı ilə Səbuhi Şahmursoy saqqızımı oğurlayaraq mənə dəadminlik verdilər (gülür).Tədricən, üzvlər artıqca virtual müzakirələrin, paylaşımların real həyatadaşınması qərara alındı. 2013-cü ildən başlayaraq qrup üzvləri mütəmadi görüşməyəbaşladı. Və beləcə zamanla böyüyərək indiki hala gəldik. Xatırladım ki, indiyədəkqrupda görülən işlərin 95 %- i qrup fəallarının şəxsi büdcəsi ilə görülüb vəgörülür.

-Qrupda daha fəal xanımlardı. Bunu siz də etiraf etmişdiniz. Sizcə, səbəb nədir?

- Bəli, bizim üçün dəsevindirici haldır ki, qadınlar mütaliə sahəsində belə fəaldırlar. Sizə bir şeydeyim, qadınlar bizim qrupda təkcə sırf mütaliə sahəsində, yalnız virtualolaraq yox, həm də bizim bütün sosial layihələrimizdə, müzakirələrimizdə, realgörüşlərdə, təqdimatlarda və s. də kişilərdən daha fəaldırlar. Gerçəklik budurki, realda görülən işlərdə istər fiziki, istər də cəmiyyətimizdə sərbəst olmağıbaxımından adətən kişilər ön planda olur. Ancaq son illər biz müşahidə edirikki, qadınlar bu sahələrdə də kişiləri üstələmək üzrədirlər. Bəlkə dəinanmayacaqsınız, hətta bəzən mətbəədən kitabları götürmək, kitab bağlamalarınıharasa daşımaq və s. kimi fiziki işlər üçün qrupa müraciət edəndə, qızlarımızbuna ürəklə, oğlanlardan daha tez reaksiya verir, köməklərini təklif edirlər.Əlbəttə, gender bərabərliyinin ədalətsiz formada pozulduğu cəmiyyətimizdə bucür balanslaşma bizi sevindirir. Düşünürəm ki, bu balanslaşmanın son illər beləsürətlə irəliləməyində qadınların get-gedə cəmiyyətdə öz hüquqlarını, sosialstatuslarını möhkəmləndirmək üçün aktivləşmələri ilə yanaşı, kişilərin də nədənsəbu cür sosial fəaliyyət sahələrindən sanki - bezməklərimi deyim, yorulmalarımıdeyim, yoxsa özlərini artıq Nirvanaya çatmış hesab etdiklərimi deyim – roloynayır.

-Bu yaxınlarda Oxu marafonu təşkil etmisiniz. Necə bir marafondu bu? Mahiyyəti nədir?

- Bu cür marafonları bizarabir təşkil edirik. Müəyyən bir vaxt qoyulur, təxminən 2-3 ay, kateqoriyalarmüəyyən edilir, iştirakçılardan o kateqoriyaların sayına uyğun kitab oxumaqlarıvə hər kitab haqqında geniş və əhatəli yazı yazaraq qrupda paylaşmaqları tələbolunur. Qaliblərə də mükafatlar verilir. Mükafatlar adətən kitab və ya kitabmağazalarından kartlar olur ki, bunun da bir hissəsini hansısa nəşriyyat və yakitab mağazasının sponsorluğu ilə, bir hissəsini isə qrup fəallarının şəxsibüdcəsi ilə təmin edirik. Son marafonumuz üçün 2 ay vaxt müəyyən etmişdik,iyulun 15- i başlayan marafon bu ayın 15- i bitdi. Sponsorumuz KitabAl.Az KitabEvi, informasiya dəstəkçimiz isə Parafr.az saytı idi. Çox uğurlu marafon oldu. 7 kateqoriya üzrəyarış keçirildi. Hamısını oxuyanlar da var, yarısını da, ikisini də. Ümumilikdə 80-dən çox kitab haqqında yazılar paylaşıldı.Mahiyyəti əlbəttə böyükdür. Əvvəla bu marafon oxuculara stimul verir, yarış həyəcanıilə daha ciddi şəkildə mütaliəyə girişirlər. İkincisi, yarışmanın şərtlərioxucuları öz oxuduqlarına səthi yanaşmamağa vadar edir. Çünki oxuduqlarıhaqqında yazı yazmalıdırlar və bunu etmək üçün gərək kitabı anlayaraqoxusunlar, təhlil etsinlər. Siz də bilirsiniz ki, mütaliənin keyfiyyətli olmasıüçün bu məziyyət vacibdir. Üçüncü məsələ oxucuların yazı yazmağıdır. Düzdür, buyazıların heç də hamısı professional esse, məqalə deyil. Təbii ki, arasındaprofessional deyə biləcəyimiz yazılar da var. Hər biri həvəskar mütaliəçi tərəfindənyazıldığına görə bunlar həvəskar yazılar sayılır. Lakin bu yazıların əsasmahiyyəti, oxucuların özlərini ifadə etmə cəhdidir. Qrupumuzun əsas məqsədlərindənolan mütaliəyə təşviq baxımından, oxuyanların öz oxuduqlarını ifadə etməsi,bununla da digər kitabsevərlərə stimul verməsi üçün bu cür müsabiqələrin əvəzsizrolu var.

-Bildiyim qədəri ilə "Kitabsevərlər” qrupu həm də kitablar çap edir. Bu günəkimi neçə kitab çap etmisiniz? Hansı meyarlarla çap edirsiniz?

- Doğrusu 2014-cü ildənciddi real görüşlərə, müzakirələrə başlayanda, bütün yeni başlayanlar kimi bizdə çox "qazlı” başlamışdıq (gülür). Elə bilirdik ki, birdən-birə dağı-dağ üstəqoya bilərik. O vaxt qrupun 18 min üzvü var idi və biz sanırdıq ki, bu 18 min nəfərinhamısı bir nəfər kimi səsimizə səs verəcək və biz istədiyimiz kanala müraciətetsək, o kanal kitab haqqında heç olmasa həftədə bir dəfə efirə gedən birveriliş verməyə razı olacaq. Çox saf olmuşuq (gülür). Təbii ki, biz əvvəlcə o18 minə müraciət etdik və təxminən 200 nəfər rəy yazaraq razılaşdığınıbildirdi, işi reala daşıyanda isə ortalıqda 50 nəfər də qalmadı. Petitsiyafilan hazırlamaq, imza toplamaq kimi saf fikirləri qoyduq bir kənara vəsıfırdan başlamağa qərar verdik. Özümüzə bir kamera alacaq, videoçarxlar çəkəcək,kitab təbliğatına həm də bu yöndən davam edəcəkdik. Qrupun öz büdcəsiniformalaşdırmaq üçün kitab nəşr etdirmək istədik. Və beləcə qrupun ilk kitabı"İz” meydana çıxdı. Bu kitab gənc yazarların hekayələr toplusu idi. İndiyə kiminəzərdə tutduğumuz büdcəni heç vaxt toplaya bilməsək də, kitab təqdimatlarımızınmaraq doğurduğunu görüb davam etdik. İlk kitabdan sonra qrupun həvəskar tərcüməçilərininbirgə əməyinin nəticəsi olan Nikolas Sparksın "Gündəlik” romanı oxucularlagörüşdü. Ardınca da sovet vaxtı nəşr olunmuş bəzi dəyərli əsərlərin yeni əlifbaylahəyata geri dönməsi baş verdi. Həvəskar şairlər də unudulmadı. Onların şeirlərindənibarət "Bir nəfəsə sığışmaq” adlı antologiya işıq üzü gördü. Qrupun ən əsas məqsədlərindənbiri də uşaq ədəbiyyatının təbliğatıdı. Gələcəyin sahibləri olan körpələrdəkitab sevgisinin qazandırılması cəmiyyət üçün çox faydalıdı. Bu məqsədlə dədünyaca məşhur uşaq ədəbiyyatından əsərlər qrupun kitablarının arasında yerinialdı. Bu meyarlarla bu günədək 20 kitabımız nəşr edilib. Oktyabrın 28- də isə21- ci kitabımızın təqdimatı olacaq. Daha bir uşaq ədəbiyyatı, bu dəfə yerli vəmüasir ədəbiyyatdan, bir müddət əvvəl uşaq ədəbiyyatımıza "Donu qırmızı”kitabını verən Sevinc Elsevərin "Şeytan çarxı” adlı nağıl-romanını "İki kitabal, bir kitab qazandır” kampaniyası çərçivəsində nəşr etdirmişik. Təqdimataqatılanlar özlərinə kitab almaqla əyalətlərdə yaşayan balaca kitabsevərlərəkitab qazandırmış olacaq.

-Qrupdakı üzvlərlə görüşlər, müzakirələr təşkil olunurmu?

- 2013-cü ildən başlayaraqqrup üzvləri mütəmadi görüşməyə başlayıb. Əvvəlcə adi tanışlıqlar şəklindəgörüşlər təşkil edildi. Sonra öz aramızda bir kitab müəyyən edib bir ay vaxt qoyduq,bir aydan sonra o əsəri müzakirə etdik, müzakirənin sonunda isə növbəti müzakirəüçün kitabı seçdik. Bu cür əsası qoyulan müzakirələrimiz elə bu minvalla da mütəmadidavam etdi. Yay aylarında müzakirələrə ara versək də, qalan aylarda təxminənayda bir kitabın müzakirəsini təşkil edirik. Bir gün qrupumuzun üzvlərindənolan bir ədəbiyyat müəlliməsinin təklifi ilə onun işlədiyi, Zabrat qəsəbəsindəyerləşən orta məktəbdə uşaqlarla müzakirə təşkil etdik. Həm uşaqlar, həm dəbizim üçün çox maraqlı oldu və bu fəaliyyəti başqa məktəblərdə də davam etdirməkqərarına gıldik. Bu fəaliyyətin də əsası belə qoyuldu. Qrupumuz bu günədək birneçə orta məktəbdə şagirdlərlə əsərlərin müzakirəsini keçirib. 2018-ci il ərzindədemək olar ki, hər ay belə müzakirələr təşkil edildi. Həm kitab oxumağa həvəsləndirmək,həm də özünü ifadə etmək qabiliyyətini inkişaf etdirmək üçün yararlı olan bumüzakirələr tək paytaxt məktəblərində yox, əyalətlərdə də keçirilib.



-"Kitabsevərlər”də daha çox hansı kitablar diqqət çəkir? Detektiv, sevgi, tarixivə s.

- Bütün ölkədə olduğu kimi,bizim qrupda da detektiv və sevgi romanlarını sevən üzvlər çoxluq təşkil edir.Amma qrupda demək olar ki, hər janrı sevən oxucular mövcuddur. Hər yerdə olduğukimi, qrupumuzda da bəzən olur ki, elmi, psixoloji, fəlsəfi mövzularda kitaboxuyanlar, detektiv və sevgi janrında kitab oxuyanlara istehza edirlər, bir növüstdən aşağı baxırlar. Ancaq qrup fəallarının qarşısına qoyduğu əsas məqsədlərdənbiri də budur: heç oxumayanı oxumağa, az oxuyanı çox oxumağa, yüngül mətnləroxuyanları daha ciddi mətnlər oxumağa həvəsləndirmək. Bizim fikrimicə,oxucuların mütaliə bazası zamanla dolduqca, beyni get-gedə daha ciddi mətnlər tələbedəcək. Kiməsə "sən yalnız sevgi romanları oxuyursan” deyərək aşağılamaq olmaz.Buna görə də yuxarıda dediyim nüansa adminlər ciddi nəzarət edirlər. Bu cürxorgörmələrə, rişxəndlərə, istehzalara izn vermirik. Bizim qrupda hər hansıjanrda oxuyan şəxs oxuduğı əsər barədə sərbəst şəkildə, sadəcə qrupun qoyduğu bəziqaydalar çərçivəsində fikir bildirə, yazı yaza bilər.

-Qrupda üzvlər oxuduqları kitablar haqda fikirlər paylaşırlar. Necədir vəziyyət?

- Bundan əvvəlki sualda dabildirdiyim kimi, biz kimsəyə fikir paylaşmaqda məhdudiyyət qoymuruq. Ona görədə hər cür yazılar olur; bəzən bir neçə cümlə ilə, bəzən geniş və əhatəli, bəzəntamam dəxlisiz, bəzən əla təhlil yer alan yazılar paylaşılır. Yəni belə deyək də,"Kitabsevərlər” qrupunu ölkədəki ümumi vəziyyətin bir güzgüsü kimi götür. Ümumivəziyyət necədirsə, bizdə də elədir. Oxuduqlarını yaxşı anlayan, təhlil edən vəbunu yaxşı ifadə edərək yaza bilən üzvlərimiz azlıq təşkil edir. Amma bizə hərbir oxucunun paylaşdığı qısa yazı belə xoşdur. Çünki o öz fikrini bildirir, o dəqiqəyazının altında rəylər yazılır, müzakirələr gedir, fikir mübadilələri aparılır,beləcə paylaşan adamın özünə də qaranlıq qalan məqamlar üzə çıxır. Artıq gələndəfə o üzvün daha dolğun yazı yazdığını, oxuduğunu daha yaxşı anladığınımüşahidə edirik.

-Cəmiyyətimizi oxumamaqda ittiham edirlər. Qrupdakıların intellekt səviyyəsisize qane edirmi?

- Belə baxanda mənim özümünbelə intellekt səviyyəm məni qane etmir (gülür). Hamımıza məlumdur ki, cəmiyyətolaraq intellekt göstəricimiz aşağıdır. Cəmiyyətimizin oxumamağına gəldikdə, əlbəttə,ümumi götürəndə az oxuyan toplumuq. Müstəqillik dövrünün əvvəlinə nisbətən sonillərdə kitab oxuyanların sayının xeyli artdığına baxmayaraq, ümumi olaraq çoxaz oxuyuruq. Bunu danmağın bir xeyri olduğunu sanmıram. Bunu əlavə edim ki,bizdə kitab alanların sayı, oxuyanların sayından daha azdır. Kitab, həqiqi təhsilbizim ümumi xərclərimiz arasında bəlkə də ən son yerlərdə durur. Təəssüf ki, həqiqətbudur.

-Üzvlər arasında kitab alıb vermək, bir-birilərinə kitab hədiyyə etmək ənənəsivarmı?

- Mənim hazırda azı 30kitabım qrup üzvlərindədir, oxuyub qaytaracaqlarına söz veriblər (gülür). Əlbəttə,bu ənənə var. Artıq bir-birini yaxından tanıyan, güvənən üzvlər arasında bu ənənəillərdir ki, davam edir. Bəzən heç bir-birini tanımayan şəxslər də həm kitabmübadiləsi aparır, həm də bir-birlərinə hədiyyə edirlər.

-Tanınmış yazıçılarla görüşlər keçirmək kimi fikriniz varmı?

- Çoxdan bu fikrimiz var.Bir neçə dəfə cəhd də etmişik, bəzən məkan, bəzən zaman baxımından imkanolmadığına görə qalıb. Ümid edirəm qarşıdakı aylarda bunu həyata keçirə biləcəyik.

-Ümumiyyətlə, üzvlər daha çox hansı yazarlara üstünlük verirlər? Yerli, yoxsaxarici?

- Bunu artıq klişeyəçevirdim, bilirəm, ancaq yenə də deyəcəm: bütün ölkədə olduğu kimi, bizimqrupda da paylaşımların əksəriyyəti xarici ədəbiyyat haqqındadır. Ancaq yerli ədəbiyyataqarşı elə də laqeyd deyillər.

-41 min üzvünüz var. Bu sayı artırmaq üçün nə işlər görülür?

- Qrup üzvləri 2014- cü ildə18 min idisə, 4 ildə 3 dəfədən çox artaraq 41 min olub. Bunun üçün heç bir ödənişlivə ya ödənişsiz reklam təşkil edilməyib. Bir hissəsi təqdimatlarımızdan,müzakirələrimizdən çəkilən fotolar sosial şəbəkədə maraq doğurub deyə, bir hissəsiüzvlərin öz yaxınlarına, tanışlarına bizi tövsiyyə etməyi ilə və digər bu kimiyollarla toplanıb. Virtual olaraq yaxşı görünsə də, sonradan anladıq ki, qrupdakəmiyyətin çox da önəmi yoxdu. Ancaq səhifədə çox önəmlidir. Bizim eyni adlı səhifəmizdə var. Səhifədə də 41 mini ötmüşük, daha da artırmaq üçün çox nadir hallardaödənişli reklam veririk, əsasən isə müxtəlif maraqlı,kitaba aid şəkillərlə cürbəcür aforizmlər, kitablardan impuls verən cümlələr,maraqlı, öyrədici məlumatlar paylaşılır. Bəzən də hər yerdə olduğu kimi, biz dəintriqa yaradan, ziddiyyətli fikirlərə yer veririk, buna məcbur qalırıq(gülür). Ancaq hər hansı halda bu mövzular kitab, maarifçilik, mədəniyyət, elmkimi mövzular olur. Bütün bunlar yalnız səhifədə edilir. Qrupda isə daimciddiyyəti qorumağa, müəyyən çərçivənı aşmamağa səy göstəririk.


Söhbətləşdi: Ayxan Ayvaz