adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Fevral 2018 16:10
9226
İDMAN

Məşhur futbolçu barədə həbs qərarı verildi

İngiltərənin "Mançestr Yunayted” futbol klubunun üzvü Aleksis Sançes 16 ay müddətinə şərti həbsə məhkum edilib.

Adalet.az xəbər verir ki, buna səbəb onun İspaniyada oynadığı dövrdə vergidən yayınmasıdır.

Sançes 16 aylıq şərti həbs olunmaqla yanaşı, 1 milyon avro məbləğində cərimələnib. Futbolçu iki il ərzində cinayət törətməzsə, həbs olunmayacaq.