adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 May 2020 09:40
146957
MƏDƏNİYYƏT

“Məşədi İbad” filminin Gülnazı: Tamara Gözəlova haqqa qovuşdu

Azərbaycanaktrisası, diktoru və mədəniyyət xadimi Tamara Gözəlova vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə mərrhumun oğlu Vasif Ağamirov xəbərverilib.

O bildirib ki, anası uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib: "Anamgünorta saatlarında vəfat edib. Bu gün dəfn ediləcək”.

Qeyd edək ki, Tamara Gözəlova-Ağamirova1940-cı il fevralın 14-dəBakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıqfakültəsinin kitabxanaçılıq şöbəsini bitirib.


1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədərM.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsindəçalışıb. 1956-1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.GözəlovaAzərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

Azərbaycan kinosunun şah əsəri sayılan, ÜzeyirHacıbəylinin eyniadlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, elarasında "Məşədi Ibad” adıyla məşhurlaşan "O olmasın, bu olsun” filmində məşhurGülnaz rolunu canlandırıb.


Əntiqə Rəşid