adalet.az header logo
  • Bakı -°C
20 Fevral 2026 23:04
90
DÜNYA
A- A+

Merts bu vəzifəyə yenidən seçildi

Almaniya kansleri Fridrix Merts yenidən Xristian Demokrat İttifaqının (CDU) sədri seçilib.

Adalet.az xəbər verir ki,  Ştutqartda keçirilən XDİ federal qurultayının təxminən 1000 nümayəndəsinin 91,17%-i ona səs verib.

Qeyd edək ki, bu vəzifəyə başqa namizəd yox idi. Müqayisə üçün, Merts 2024-cü ildə səslərin 89,8%-ni, 2022-ci ildə isə 95,3%-ni toplayıb.