adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Oktyabr 2016 16:34
7581
İQTİSADİYYAT

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 24 milyon manat təşkil edib.

Bu barədə Adalet.az AMB-yə istinadən xəbər verir.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 14,37% olub.