Meriyanın qar təmizləyən maşınları Bakı küçələrində - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin 50-yə yaxın texnikası mərkəzi küçələrin istənilən vaxt qar və buzdan təmizlənməsi məqsədilə hazır vəziyyətə gətirilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, şaxtalıhavailə əlaqədar 24 saatlıq növbətçilik rejimi tətbiq olunub. Maşınlara duz yüklənilib və şəhərdaxili küçələrdə gözlədilir. Yollarda buzlanma müşahidə olunarsa, vaxt itirmədən işlərə başlanılacaq.
Eyni zamanda, şəhərin bütün təsərrüfat xidmətləri xüsusi rejimdə işləyirlər. Rayon icra hakimiyyətlərinin də texnikası və işçi qüvvəsi hazır vəziyyətdədir.
Qeyd edək ki, paytaxtın mərkəzi küçələriBakıŞəhər İcra Hakimiyyəti,Bakıətrafı yollar və əsas prospektlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qardan və buzdan təmizlənməlidir.
Digər Xəbərlər

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - FOTOLAR

Cəbrayıla qayıdış: yeni başlanğıclar... - VİDEO

Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
