Meriya paytaxt sakinlərinə MÜRACİƏT ETDİ
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müraciət edib.
Adalet.az-ın məlumatına görə, müraciətdə deyilir ki, yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar şənbə günü, iyun ayının 10-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb. İməcilik zamanı şəhərin prospekt və küçələrində, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.
"Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus obyektlərin fasad və vitrinlərində, və obyektlərin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq", - müraciətdə deyilir.
Digər Xəbərlər
05 Oktyabr 2026 13:05
Sabah yağış yağacaq
05 Oktyabr 2026 12:28
Ağdamda yaşayanların sayı açıqlandı
05 Oktyabr 2026 12:24
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
05 Oktyabr 2026 11:45
"Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir" - Emin Hüseynov
05 Oktyabr 2026 11:44
Səfərbərlik Xidmətinin iki əməkdaşı ehtiyata buraxılıb
05 Oktyabr 2026 11:42
Pulsuz hüquqi yardımla bağlı ödənişin meyarı müəyyənləşir
05 Oktyabr 2026 11:22
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR
05 Oktyabr 2026 09:45


Bakı -°C

