adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Iyul 2020 13:26
31390
DÜNYA

Meri Tramp əmisi Donald Trampı biabır etdi

Meri Trampın əmisi haqqında yazdığı kitab hələ çap olunmamış ABŞ prezidentiDonald Trampın başını ağrıtmağa başlayıb. Kitabda Trampın universitetimtahanlarındakı hiylələrindən Meriyə dediyi biədəb sözlərə qədər bir çox iddiayer alıb.

Trampın başınadərd açan iki kitabdan biri də köhnə Milli Təhlükəsizlik Müşaviri Con Boltonunkitabıdır.

Meri Trampınyazdığı "Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?” adlı kitabı 14iyulda çap olunacaq.


ABŞ mediasında Trampınəngəlləmək üçün əlindən gələni etdiyi bu kitabdan bəzi hissələr paylaşılıb. Ohissələrdən birində Meri Tramp 29 yaşında ikən əmisinin Floridadakı evindəyaşadığı utancverici anları yazıb.

Mar-a-Laqodakıbir nahara bikini ilə getdiyini yazan Meri onu görən Donald Trampın "Ooo, Meri,sinən necə də iridi” dediyini, "Üzünün qızardığını, sinəsini bir ədyalla bağlamaqməcburiyyətində qaldığını yazıb.

Trampın odövrdəki həyat yoldaşı Marla Maplesin də bu hadisədən narahat olduğunuvurğulayan Meri dirsəyi ilə Trampı dümsüklədiyini yazıb.


Meri DonaldTrampın imtahanlara yerinə girmək üçün bir adama pul ödədiyini də iddia edir.

O yazır ki,Tramp ata sevgisindən məhrum qaldığı üçün bu gün böyük bir narsistə çevrilib.

"Ağ Ev”kitabda yazılan fikirləri təkzib edən açıqlama verib.

"Meri Tamp vəkitabının çap edən mətbəə xalqın diqqətini qazanmağa çalışır. Ancaq bu kitabyazarın maddi qayğılarının məhsuludur. Tramp 3 il yarımdır işinin başındadır.Meri niyə indi danışmağa qərar verdi?”.