adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 May 2019 09:05
8396
GÜNDƏM

Məqsəd hamını dindar və ya din adamı etmək deyil - SORĞU

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlının növbəti tədris ilindən orta və ali məktəblərdə din dərslərininkeçiriləcəyi barədə açıqlaması ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib.Təhsilocaqlarında dini dərslərin keçirilməsinə yanaşma müxtəlifdir. Fikirlər müxtəlifdir,məsələyə birmənalı münasibət sərgilənmir.

Dini Qurumlarlar İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov orta və ali məktəblərdə dini təhsil olması barədəmüzakirələrə qoşularaq bildirib ki, dinvə təhsil məsələsində beynəlxalq təcrübədə əsasən 3 termindən (anlayışdan)istifadə edilir: "1. Dini tərbiyə 2. Dini təhsil.3. Dinlə bağlı tədris.Dini tərbiyəni yalnız ailə verə bilər, dövlət dinitərbiyə verə bilməz. Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsilverə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər. Dinlə bağlı tədrisisə dinin yox, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nədünyəviliyə, nə də Konstitusiyaya ziddir. Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyatvə s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi?Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta məktəbriyaziyyat, fizika, ədəbiyyatla bağlı zəruri bilikləri verir. Dinlə bağlı tədrisində məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlıminimum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə başqaları verəcək, ammadövlətin maraqlarına zidd şəkildə".

G.İsmayılovunsözlərinə görə, artıq prosesə başlanılıb:"Orta məktəbdə Həyat bilgisi fənni tədris edilir. Onun bir məqsədi də dinibilikləri verməkdir. Burda pis nə var ki?! Yaxud burda başa düşülməyəcək nə varki?!"

Başqaölkələrdən gəlib burada yanlış təbliğatla məşğul olmasınlar

"Dinitəhsil sahəsində əsas məsələ kadrlarla bağlıdır ki, başqa ölkələrdən gəlibburada yanlış təbliğatla məşğul olmasınlar. Ona görə də ötən il prezident İlhamƏliyevin göstərişi ilə İlahiyyat İnstitutu yaradıldı”. Bunu sözləri isə"Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təhlili və əhəmiyyəti”adlı konfransda Prezident Administrasiyası Millətlərarası münasibətlər,multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov səsləndirib. Onunsözlərinə görə, bu gün sosial şəbəkələrdə yayılan videolar cəmiyyəti narahatedir: "18 yaşında radikal qüvvələrəqoşulan qadın deyir ki, indi 24 yaşı var, amma uşaqlarını da götürüb ölkəyə gələbilmir. Bukimi məsələlərdə teologiyanı və psixologiyanı bilən güclü kadrlar lazımdır”.


Müqayisəliməqamlara yol vermək olmaz

Millət vəkili FazilMustafa da məsələyə öz münasibətini bildirib. O,multikulturalizm adı ilə dinin tədris edilməsini normal sayıb: "Dinlərarası münasibətlərə aqressiv formadayanaşmamaq, yaxud da, daha humanizm yanaşma üçün dində olan müsbət təzahürlərinuşaqlara öyrədilməsinin heç bir zərəri yoxdur. Sadəcə, bunun ayrıca din dərsikimi uşaqlara keçirilməsi məqsədəuyğun deyil. Multikultural formada keçirilməsidaha məqsədəuyğundur. Bu yolla başqa dinlərə münasibətdə insanların dahatolerant yanaşmasını təmin etmək olar. Təbii ki, İslam dininin də zəruriliyigöstərilməlidir. Qətiyyən İslam tarixi ilə bağlı müqayisəli məqamlara yolvermək olmaz. Hansısa müzakirələrin aparılmasına imkan yaratmaq doğru deyil.Tarixdə o qədər ziddiyyətlər var ki!. Çalışmalıyıq ki, bunu Azərbaycan əhalisininmüəyyən formatına uyğunlaşdıraq. Hansısa ölkələrin ideologiyasının təbliği məsələsigündəmdə olmamalıdır. Dini tədrisin ayrıca multikultural ad altında keçirilməsinormaldır”.



Kitablar məzhəblərəuyğun olarsa bizə çox ciddi problemlər yaradacaq

İlahiyyatçı ElşadMiri isə bildirib ki, "Məsələyləbağlı aşıqlanmayan məqamlar var. Əgər açıqlansaydı daha dəqiq cavab vermək olardı. Həmin məsələlərdə ondanibarətdir ki, bunları kimlər idarə edəcək. Həmin o dərs vəsaiti ictimaiyyətə hələtəqdim olunmayıb. Bilinmir ki, orda nələr var, nələr yox.Bunları bilmədən nəysə demək həqiqətən çətindi. Amma mən fikirləşirəmki, bu məsələlərə ciddi nəzarətolmalıdır. Çünki bu gün kimsə Tehranın diqtəsi ilə kitabda yazılanların əksinəolaraq öz zəhərli fikirlərini insanlara aşılayacaqsa sabah bu böyük ciddiproblem yaradacaq. Və ya Səudiyyədəaldığı təhsili aşılayacaqsa bu da həmçinin. Çünki bu gün iki dost oturub söhbət elədiyizaman ortaya dinlə bağlı, məzhəblərlə bağlı məsələ gəldikdə düşmən kimi masadanqalxırlar. Bu gün məzhəbpərəstlik bir bəladır. Şeyxində çıxışına fikir verdim oda bildirir ki, məzhəb bu gün reallıqdır. Bu reallığı bir kənara atmaq lazımdır. Mənim kitabımı qadağan elədilər əsas gətirdilər ki, bütün məzhəblərə ziddir.Onda belə çıxır ki, dövlət qurumlarının təqdim etdiyi kitablar məzhəblərə uyğunolacaq. Əgər bu kitablar məzhəblərə uyğun olarsa bizə çox ciddi problemləryaradacaq”.

Nicat Novruzoğlu