Mənzildə köməksiz qalan xilas edildi
Qaradağ rayonunda köməksiz qalan xəstə xilas edilib.
Bu haqda Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.
Digər Xəbərlər
03 May 2024 17:14