adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 May 2019 18:15
21012
ƏDƏBİYYAT

Mənsur şeirlər

...Bulud olmaqistəyirəm, bir az tutqun, bir az susqun ürəyimdə diləyim var. Kövrəklikdə dağçiçəyi, zəriflikdə gül ləçəyi rayihəli muradım var. Lal könlümün sükutuna haraysalan, mürgüləyən duyğuları diksindirib oyandıran, dağ seli tək coşub-daşan birarzum var: bulud olmaq istəyirəm!

Bulud olmaq istəyirəm.Dünyamızın məşəlini pünhan edən, yerlə göyün arasında rübənd olan, maviliyətopa-topa naxış salan pəmbə bulud. Al günəşin şəfəqləri işıq salsın, nur çiləsincəmalıma. Minçalarlı əlvan dona, zər libasa bürünüm qoy. Bu işvədən, bu qəmzədənsevdalansın qoy asiman. Sevgisinin atəşindən qoy sinəmdə şimşək çaxsın,naxışlanan qövsi-qüzeh kəmərimi taxım belə. Bu coşqudan mehirlənən rüzgarlarıntəmasından sığallanım, tumarlanım, xumarlanım; kövrəlib qoy, axım elə, axım belə.Yer üzünün sevgi dolu baxışından suya həsrət torpaqların cadar-cadar"naxış"ından bitab olum. Tab etməyim suya təşnə olanların hicransaçan o həsrətli baxışına. Qəhərlənim, qüssələnim, kədərimdən coşub daşım,dönüm leysan yağışına...

Bulud olmaq istəyirəm;dünyamızın həyat rəmzi yaşılına can bəxş edən, bərəkətə simvol olan gurdamlalı, nur damlalı yağmurlara dönən bulud. Qoy ələnim yer üzündə bağrı yanıqçəmənlərə, düzənlərə, təşnə olan ormanlara, quraqlıqdan rəngi solan dağ döşündəyamaclara... Ülfətimdən otun, kolun bitsin qəmi, boynu bükük gül-çiçəyinsolğun-solğun qönçələri pardaqlanıb ətir saçsın... Qoy çilənim bağça-bağıngülsün üzü, bərəkəti könül açsın... Aşıb daşsın tarlaların bəhər-barı, zəmilərinartsın varı.

İstəyirəm buludolub sel gətirən, çay daşıran leysan kimi yağa biləm. Ağ işıqlı dünyamızınsiyah rəngli yönlərini-viran olan yurdlardakı külə dönən ocaqların, canyaxılan, qanlar axan torpaqların, kir-pasını yuyub silim. Elə yağam od ələyən,alov saçan, canlar yaxan müharibə ocaqları sönər olsun. Qərib olub yurd-yuvasızsəfil olan ellər geri dönər olsun; ocaq çatsın... Mərmilərin, güllələrin kületdiyi torpaqlarda çiçək açsın.

Bulud olmaq istəyirəm.Ürəklərdə rişə atan ədavəti, qəzəb-kini, ömürlərə xallar salan qara günü,könüllərdə köynək olan ahı, ünü yuya bilmək istəyirəm. Yer üzünün paklığını,saflığını, xoş günlərin ağlığını duya bilmək istəyirəm

Bulud olmaq istəyirəm.Bu arzumun gerçəyinə umud olmaq istəyirəm!!!

Ümid könül çırağıdır

Ümid diləktoxumudur. Ümid arzu rişəsidir; pöhrələyər, yaşıl-yaşıl budaqları şaxələnər,qönçə tutar, çiçək açar...

Muradın da, istəyində söykək yeri, istinadı ümid olar. O, məlhəmdi ürəklərdə qövr eləyən qəm-kədərə,dər-ələmə! Açılmayan düyünlərə, düzəlməyən müşküllərə açardı o! Soyuq qəlbiisindirən, buz bağlayan duyğulara can bəxş edən qığılcımdı. Can evininalovudur, atəşidir, közüdür o.

Ümid qəlbinocağıdır!

Ümid könülçırağıdır!

Zülmət çökən ürəklərdəşəfəq saçar, nur çiləyər, arzu-dilək yollarına işıq olar. Fırtınalı, qasırğalıduyğulara mayakdır o. Arzu, istək hücrəsinə dirəkdir o, dayaqdır o. Könlümüzdə əlvan-əlvanqönçələyən neçə-neçə ümid yaşar; kövrəklikdə,təravətdə gül ləçəyi... Ümid də var,daşda bitən xoş ətrli dağ çiçəyi rayihəli...

Ayrılığın fərağına,nisgilinə, qübarına məlhəm olan ümidələr var içimizdə; Yurd ünvanlı, Vətəndadlı, Araz adlı... Əsir qalan, girov olan neçə-neçə yurd ünvanlı... Əli yalın,qolu bağlı, yolu daşlı, gözü yaşlı olsa belə, ana torpaq sevgimizdənyaşıl-yaşıl boy artmada, şaxələnib ucalmada.

Qəzəbindən, nifrətindənalov saçan ümidlər var könlümüzdə qaysaq tutmaz yara olan qara baxtlı Qarabağdaod saçacaq... Yadellilər tapdağında inildəyən torpaqlara, xiffətindən ocaq daşıçat-çat olan obalara, oymaqlara, gül yerinə tikan bitən, cığırları koldan itənyamaclara, yaylaqlara yol açacaq... O ümidlər sinəmizdə çalın-çarpaz yara açanXocalının intiqamın qiyamətə qoymayacaq... Xan oylağı Şuşamızda xarıbülbülsolmayacaq... Oğuzların əmanəti yurd yerləri yad əllərdə qalmayacaq.

...Könlümüzdəinam, iman işığında havalanan ümidlərvar "Cəngi" üstə köklənərək zəfər marşı çalacaqdır. Bu zəfərin səs-sədasıOğuz yurdu Zəngəzurun, Dərələyəz, İrəvanın, Göyçəmizin səmasına xoş müjdələryayacaqdır...

...Ümid inam ocağıdır!

...Ümid könülçırağıdır!


Adilə Səfərova,

Əməkdar mədəniyyətişçisi