adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
21 Noyabr 2017 16:54
10202
GÜNDƏM

Mənsimovun şirkətində yoxlama aparılmayıb? - Açıqlama

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) azərbaycanlı milyarder Mübariz Mənsimova məxsus "Palmali” şirkətinin Rusiya nümayəndəliyində yoxlamalar aparması haqda yayılan xəbərlərə aydınlıq gətirilib.

"Palmali” şirkətinin mətbuat xidmətindən bildirilib ki, bu məlumatlar tamamilə yalnışdır.

"Xəbər tamamilə yalandır. Heç bir yoxlama aparılmayıb. Rusiya qanuni dövlətdir. Belə çirkin xəbərləri yayanalar barəsində kifayət qədər məlumatımız var”- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Mənsimova məxsus şirkətdə yoxlamalar aparılması barədə xəbəri "Russia Today” saytı yayıb.(azvision.az)