adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 May 2016 18:05
24079
ƏDƏBİYYAT

“Mənim duyğum” kitabının təqdimatı keçirildi

Mayın 17-də AzərbaycanYazıçılar Birliyinin (AYB) "Natəvan” klubunda şair Etibar Vəliyevin "Mənimduyğum” kitabının təqdimat mərasimi keçirildi. Adalet.az xəbər verir ki, müəllifinqələm yoldaşları və yaxın dostlarının, tələbələrin iştirak etdiyi tədbiri şair,kitabın "Ön söz” müəllifi və redaktoru Qəşəm Nəcəfzadə açıb. Müəllifi yenikitabı münasibətilə təbrik edərək, uğurlar arzulayıb, ədəbiyyat dünyasına dahabir kitabın qatıldığını diqqətə çatdırıb.

Q.Nəcəfzadəvurğulayıb ki, şairin aid olduğu Lənkəran torpağı həmişə ölkəmizə istedadlı şəxslərbəxş edib. Belə şəxslərdən biri olan, sevilən şair Balayar Sadiq də qələm yoldaşınıntəqdimatında söz alaraq Etibar Vəliyevin yaradıcılığından bəhs etdi. Onun şeirlərinsitat gətirərək, həqiqətən də oxunaqlı, düşündürücü şeirləri ilə poeziyamıza rəngqatdığını vurğuladı. Qeyd etdi ki, şairin ən böyük silahı sözdür, onuncilalanmasıdır. Etibar Vəliyev də sözü qələmi ilə cilalayan şairlərdəndir.

Daha sonra şairlərOqtay Rza, Aləmzar Əliyeva, Nuranə Nur çıxış edərək, müəllifə ürək sözləriniünvanladılar, yaradıcılığında uğurlar arzu etdilər.

Tədbirdə AzərbaycanPedaqoji Universitetinin tələbələri müəllifin şeirlərini səsləndirdilər.