"Məni müharibəyə aparmayın" - Qəşəm Nəcəfzadənin şeirləri

Qəşəm Nəcəfzadə
Mənimüharibəyə aparmayın düşmən öldürən deyiləm
Mənəsilah verməyin satıb kitab alacam
Mənədüşmən göstərməyin dost olacam
Şeiroxuyacam əsgərlərə səhərdən- axşamacan
Mənimüharibəyə aparmayın...
Qəflətənsəngərdən çıxıb qışqıracam düşmənlərə
Eeyy,içinizdə şair varsa, gəlsin bura
Kimgəlsə üz- gözündən, saqqalından öpəcəm
Yeməyini, içməyini söruşacam,
Siztərəfdən körpələr öldülərmi deyəcəm?
Üzristəyib əlillərdən, ərsizlərdən,ağlayacam....
Müharibənioyunçağa çevirəcəm
Mənimüharibəyə aparmayın.
Alınnə qədər istəyirsiziniz silah verim deyəcəm
Istipaltarınız yoxdursa, alın,
Yeməyinizazdısa, götürün...
Bizdəsaat 3-dür, siz də saat neçədir?
Deyinsaatımı düzəldim.
Bəlkəsiz də Viqtor Hüqonun "Səfillər”i ola
Sizitoyuma çağıracam gəlin...
Xəbərdareləyirəm qaçın,
Bugecə sizi qıracağıq.
Gəlinson dəfə öpüşək
Sizyaşamalısınız deyəcəm!
Mənimüharibəyə aparmayın
Müharibəni güldürəcəm
Müharibənikiprit qutularından qurulmuş ev kimi uçurdacam
Müharibəninigah kimi pozacam
Istəmirsiniz?
Onda
Yaxşısıbudur, gedin rahat müharibənizi eləyin,
Məni müharibəyə aparmayın...
Şeirimə bax, şəklimi əzbərlə…
Getdimuzaqlarda səni çağırmağa
Yaxındaolanda səsim ancaq bir santımetr uça bilir
Eşitmirsən...
Görənuzaqlarda necə görünür şəklin…
Necəsəslənir adın?
Getdimuzaqlardan səni çağırmağa
Görümaramızda
Neçəhecadır kilometrlər.
Necəqafiyələnir buludlar, yollar
Ağaclarvə küləklər…
Getdimuzaqlardan seni çağırmağa
Tökülsünsəsimdən soyuqdəymələr
Incimələr
küsüşmələr…
Getdimuzaqları sənə sevdirməyə.
Eşitdiyiməgörə, çoxdandı şəklimi oxumursan
Indişeirimə bax,
Şəklimiəzbərlə.
Hələyaxından gələn görməmişəm
Gələnuzaqdan gəlir…
Getdimuzaqdan gəlməyə.
Yadındadı,
Ürəyinəkeşikçi dayanmişdın…
Sənbu tərəfdən gözləyəndə,
Mən otərəfdən gəldim!
Həyatım haqqında bir neçə kəlmə
Cibimdəkisənədləri metro qatarlarınıntəkərlərinin altına tullayıb
Gedibbir çiçəyn ləçəklərinin altında ağlamaq istəyirəm,
Qoymurlar,
Deyirlər,çiçəyi biz əkmişik.
Başımıgötürüb Bakının ən ucqar kəndlərinin birində
Balacabir koma tikmək istəyirəm
Qovurlar
Deyirlər,torpağı biz yaratmışıq.
Dənizdənbalıq tutmaq istəyirəm
Hasarçəkirlər
Çimməkistəyirəm
Pulistəyirlər
Deyirlərdəniz bizimdi...
Meşədəkölgəni də satırlar...
Deyirlərbizim ağacın kölgəsidir.
Imkanlarıolsa havanı da balonlara doldurub satarlar
Birdəfə nəfəs almaq 10 qəpik...
Körpələr5 qəpik
Qocalar3 qəpik...
Şəhid uşaqları 18 yaşına qədər pulsuz...
Allahım,
Mənəçiçək ver
Mənəmeşə ver
Mənədəniz ver
Mənəev ver
Mənəhava ver....
Ata
Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı çoxsevərdim
Adına şeir yazardım hətta.
Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana
Yadıma salardım
O mənim beşiyimin kəndirini tavana necə mismarlamışdı,
Mən də onun baxışlarını könlümə elə yazardım.
Sizə iki şeir yazdım, oğlanlarım
Birini uşaqlığınıza,
Bunu da böyüklüyünüzə...
Birin qucağıma alanda
Birini qucağımdan düşürəndə...
Mən dəqiq bilirəm,
Bütün ataları övladları öldürür
Bunu bilirsinizmi, siznənəm, eyy
Hə, siznən
Onnan
Sənnən...?
Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur.
Ağlınıza gəlirmi ki, bir gün atanızınayaqqqabılarını
Qapıda görməyəcəksiniz?
Ən birinciqapıdan ayaqqabılar yığışdırılır,
Adamı yaman yandırır ayaqqabı yeri...
Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur...
Sizin yerinizə olsaydım bunu həmişə yadımdasaxlardım.
Yuxudan tez durardım ki, atamı çox görüm
Başdaşı üçünşəkillərinə baxmazdım...
Öləndən sonraşeirlərini oxumazdım
Mən sizin yerinizə olsaydım atam haqqında xatirədanişmazdım....
Şəkil
Adamyaxınlarda yox,
Uzaqlardaşəkil çəkdirər.
Məsələn,əsgərlikdə,
Ya da1-ci ildə...
Yayıxılan halda
Yaqaçan vaxtı
Ya dagülən vəziyyətdə şəkil...
Eləbir şəkil ki, min il oxunub qurtara bilməsin.
Partiyabiletlərnin şəklilləri sahiblərinə bənzəmirlər
Çünkionlar həyatlarında yalnız birçə dəfə o cür dayanırlar
Heçuşaqlar da tanımaz atalarını.
Partiyasədrlərinə bir təklifim var
Atalarövladları ilə
Oğlanlarsevdikləri ilə
Babalarnəvələri ilə
Şəkilçəkdirib
Vursunlarbiletin birinci səhifəsinə.
Çıxıbgetmək istəyirəm
Şəkilçəkdirdiyim yerə
Şəkilçəkdirdiyim aya,
Şəkilçəkdirdiyim ilə.
Onsuzdaçəkdirdiyimiz bütün şəkillər bir azdan uzaq olacaq
Eləbir uzaq ki, ora hələ gedib çatabilməmişik!
Tanış adam
Oğlum, ölüm xəbərimi uzaqdan eşidəcəksən,
Sağ olsaydım titrəyən dizinə qurban olardım,
Sənə dost olardım, həyan olardım.
Gəlsən özünü maşından gözlə,
Tələsmə
Onsuz da anan hər şeyi düz danışacaq
Mən necə öldüm?
Əvvəl nə dedim, sonra nə?
Əvvəl nə istədim, sonra hansı dərmanı içdim
Anan bilir,
Içməyə macaltapmadığım darman
hələ stolun üstündə durur.
Təcili yardım maşını hələ qapımızdan getməyib
Qonşular qapıda stol qoyub oturub
Biri artıq xatirə danışır haqqımda.
Gəlibgörəcəksən üzümdə qara yaylıq,
Sinəmdə güzgü.
Bilirəm çəkəcəksən qara yaylığı
Görünəcək gözünə bir tanış adam üzü.
Oğullar uzağagedəndə atalar belə ölür, oğlum,
Eynən belə.
Göz yaşlarına qulaq asaq
Eyşəhidlərin dəfnində nitq söyləyənlər
Vidoçəkənlər
Susun.
Eyşəhidin anasını danışdıranlar
Xatirəsöyıədənlər,
Dayanın.
Eyşəhidlərin hüzürünə
Birkisə qənd
Birkisə düyü
Verənlər
əlinizisaxlayın.
Eyşəhidlərə şeir qoşanlar
Kitabyazanlar
Hazırdayananlar
Gedinqələminizi sındırın.
Allah sizəheç bazar verməsin.
Imkan verin
Gözyaşlarına qulaq asaq!
Qızım, qələmim hanı?
Atanşair olmadı...
Qızım,sən tapıb gətirən qələmim hanı?
Səndə sevirdin qələmi, mən də
Sənoyunçaq kimi, mən şair kimi
Ikimizbir qələm işlədirdik...
Atanşair olmadı....
Mənqələm axtaranda tez evciyini uçurdub qələmigətirərdin...
Oqələm sənin yıxılmağına dəyməzmiş...
Mənsənin evciyini nahaq uçurdtum, qızım
Qələminoyunçaq olmağı daha gözəlmiş.
Birəlində eynək birin də qələm
Yüyürübüstünə gələndə, ata, al deyərək
Sonraməni izləyərək
Görənmən necə oynadıram eynəyi, qələmibaxardın
Məndə küçədən gətirdiyim bir yöndəmsiz misranın hayındaydım.
Baxıbgörərdin ki üzümdəki qırışlarıyonuram...
Birdəfə demişdim yahudi şairi olacam
Eynəklişair...
Sən deyirdinbizim şair ol, ata!
Atanşair olmadı...
Indimən
Səninevciyini uçurmağıma it kimi peşimanam, qızım
Uşaq şeiri
Vətənibizə sevdirməyin, qoyun vətəni özümüz sevək,
Ondanheç nə deməyin özümüz tanıyacağıq.
Şəkillərikitabları aparıb öz rəfinizə qoyun,
Bizəmeşəyə aparın, amma çiçək haqqında heç nədeməyin,
Tülkünüalçatmayın, ayını şişirtəməyin,
Sizyalançısız!
Sənə qış paltarı alıram indi
Heçfikir eləmə qurvanın olum
Adambaşqasını gedib sevər də...
Adamsevdiyini ata bilər də...
Təzəiş deyil ki, başıma gələn....
Başınadönüm....
Adamsevilər də, unudular da,
Gedibbaşqasına uymaq da olar,
Birgün yada düşər atıb getdiyin
Sonrapeşiman olub qayıtmaq olar,
Adambağışlar da, bağışlamaz da...
Heçyüz il keçməmiş atıb getdiyin
Yerndən durunca uçub gələrsən
Üstünüçırpınca baxıb gülərsən
Gözünüaçınca çıxıb gedərsən.
Heçfikir eləmə qurvannın olum
Adamaldanar da, peşman olar da...
Sənəyalvarıram özünü üzmə
Ürəkyerə düşüb qəfil sınar da
Nəolsun
Ürəksınmayanda bəs nə sınacaq?
Bax, əzdiyim barmağım sağalıb
Təzyiqimdüşüb, narahat olma...
Sonralarhəkimlər dedi
Başımdakısəs təzyiqdən imiş
Heçfkir eləmə qurvanın olum.
Yerimdəndurunca
Üstümüçırpınca,
Gözümüaçınca
Sənçıxıb getdin,
Nəolsun,
Adamsevdiyini atıb gedər də...
Mənəbirçə kəlmə yaz
Evinistimi?
Mənio yandırır, o yandırır ki,
Sənəqış paltarı alıram indi,
Nəolsun,
Adamsoyuyar da, adam yanar da...
Mənimbalam, nəfəsini gey əyninə istilən
Amerika külək əsir
Şərq oxuyur
Qış-qış
Xaş-xaş
Xəş-xəş
Amerikanı görmüsənmi, Əliş əmi
Görüb salam vermisənmi, Əliş əmi.
Mən ölüm düzünü de…
Rusiya əsir
Əsir Rusiya
Havası ölkələrin
Burnundan gəlib keçir vız
Vız-dız
Cız-bız
Mız-mız
Iraqda siyasət əsir
Güllələr uçur uşaqları qızdırmağa
Qız balam
Qız balam
Gecə-gündüz ot daşıyan, Əliş əmi
Külək olub od yaşayan, Əliş əmi
Nə var, nə yox?
Oğlun öldu gələ bilmədim
Mən də öləndə
Sən gəlmə
Mən belə əclafam
İisrayil sazaq əsir
Mənim balam, nəfəsini gey əyninə istilən
Bu da sonuncu
Kilim
Sonuncu palaz
Az-maz
Namaz
Qafqaz
Qapaz
Yenə televezorda
Siyasətçilər
Xəbərçilər
Atətçilər
Arsız
Abırsız
Həyasız
Mənasız
Anasız
Bacısız
Ağrısız
Acısız
Onsuz
Bunsuz
Sənsiz
Mənsiz
Yönsüz
Sözsüz
Yüz
Süz .