13 Avqust 2013 10:42
8889
MƏMLƏKƏT

Mənəvi zərər necə ödənilməlidir?

Azərbaycanın qüvvədə olan qanunvericiliyi şəxsəvurulmuş mənəvi zərərin əvəzini tələb etmək hüququ verir.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquqməsləhətçisi Dünyamin Novruzov bildirib ki, maddi zərərdən fərqli olaraq, bunöv tələblərlə bağlı məhkəmə təcrübəsində kifayət qədər problemlər mövcuddur.Bu, ölkəmizdə mənəvi zərərlə bağlı iddia tələblərinin kifayət qədər yeni olmasıilə yanaşı, həmin növ zərərin özünün də mahiyyəti, yəni pulla ifadəsininçətinliyi ilə bağlıdır.

Novruzov deyir ki, qanunvericiliyikdə bununla bağlıkonkret norma mövcud olmadığından, bu məsələ müxtəlif normativ-hüquqisənədlərlə tənzimlənir. Məsələn, "İstehlakçıların hüquqlarının müdafiəsihaqqında” qanunun 12-ci maddəsinə görə istehlakçıların bu Qanunda nəzərdətutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa istehlakçıyadəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. "Turizm haqqında” qanunun6-cı maddəsinin 1.4-cü hissəsinə görə turistin turizm məhsulunun pərakəndəalqı-satqı müqaviləsi şərtlərinin turoperator və ya turagent tərəfindən yerinəyetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzininAzərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydadaödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda, məhkəmələr mənəvi zərərinəvəzinin ödənilməsi ilə bağlı iddialara baxarkən "Azərbaycan Respublikası MülkiMəcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” KonstitusiyaMəhkəməsinin 31 may 2002-ci, Ali Məhkəmənin Plenumunun "Mənəvi zərərinödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsihaqqında” 3 noyabr 2008-ci il tarixli qərarlarına istinad edirlər.

Hüquq məsləhətçisi bildirib ki, mənəvi zərər şəxsinəmlak və ya şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir.

"Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında qeydolunur ki, mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyərkəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanunəsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzarnüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ,müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir”, o deyib.

Novruzovun sözlərinə görə, zərərçəkən fiziki şəxsinmənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilən qanunsuz hərəkətin vəya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması,iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fizikiəzab çəkməsi anlaşılır.

Hüquq məsləhətçisi deyir ki, mənəvi zərər ödənilərkənmənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehintəqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hərbir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəməninmülahizəsinə görə müəyyən olunmalıdır.

"Konstitusiya Məhkəməsinin məlum qərarında deyilir ki,mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqaməhdudiyyətlərin tətbiq edilməsi Konstitusiya ilə qorunan digər əsas hüquq vəazadlıqlarla mütənasib olmalı və hər bir konkret halda məhkəməninmülahizəsindən asılıdır”.

Novruzovun sözlərinə görə, Ali Məhkəmənin Plenumunun 3noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, mənəvizərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. MülkiMəcəllədə müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyənvəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuzazərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzristənilməsi). Həmçinin məhkəmə işin konkret hallarından asılı olaraq qəbuletdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsikimi qiymətləndirə bilər.

"Həmin qərarda qeyd olunur ki, mənəvi zərərin miqdarıişin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Buzaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyintəhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirabvə sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd vəyaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri(azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı vəiztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sairdiqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətliolmalıdır”, Novruzov deyib.

Novruzov bildirib ki, mülki qanunvericilikdə şərəf,ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulamazlıqla bağlıpozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digərşəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etməkhüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyənolunmamışdır.

Bunu nəzərə alan Konstitusiya Məhkəməsi sözügedənqərarında Milli Məclisə Mülki Məcəllədə digər qeyri-əmlak hüquqlarının vəqeyri-maddi nemətlərin müdafiəsini müəyyən etməyi tövsiyə edib.