adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Iyul 2018 15:21
12050
MƏMLƏKƏT

“Mənəvi irsin qorunması dövlətimizin bütövlüyünə ən böyük xidmətdir”

"Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai Birliyi” ölkə boyunca "Mənəvidəyərlərin təbliği: necə və nə etməli?" adlı silsilə tədbirlərini uğurla davametdirir. Birlikdən verilənməlumata görə, bu gün növbəti tədbirBalakən şəhər mərkəzi kitabxanasında keçirilib.

Tədbirdə çıxış edən "Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimaiBirliyinin" sədri Sevinc Əzimbəyli bildirib ki, silsilə tədbirlərin əsasməqsədi mənəvi dəyərlərin qorunması və mühafizə olunması istiqamətində ölkəvətəndaşları arasında maarifləndirmə işinə dəstək verməkdir: "Xüsusilə, buçərçivədə gənclərimizə milli vətənpərvərlik ruhunu, mənəvi dirçəlişimizinyüksəlişini ən əsas və müqəddəs prinsip kimi təqdim etməkdir. Onu qeyd edim ki,gələcək nəsillərə milli mənəvi dəyərləri, irsimizi çatdırmaq üçün bu gün hərbirimizin üzərimizə böyük məsuliyyət düşür. Dövlətimiz tərəfindən xeyli işlərgörülür və bu sahəyə diqqət və qayğı göstərilir. Deyərdim ki, bu gün millimənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Prezident İlham Əliyevdir”.

Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünasSeyid Camal Əzimbəyli çıxış edərək söyləyib ki, milli mənəvi irsimizin

qorunması dövlətimizin bütövlüyünə ən böyük xidmətdir: "Ölkəmizdəmilli və mənəvi dəyərlərimizin gənclərimizə aşılanması onların gələcəkdəmükəmməl ölkə vətəndaşı kimi formalaşmasına ən mübarək səbəbdir. Radikalqüvvələrin ölkəmizdə birlik və bərabərliyimizin pozulmasına yönələn bütünaddımlarının zərərləşdirilməsi naminə hər

birimiz Azərbaycan dövlətinin yanında olmalıyıq”.

Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfovvə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Balakən təmsilçisi SərxanTahirzadə mövzu ətrafında çıxış ediblər.

Tədbirdə ictimaiyyət nümayəndələri və rayonun fəal gəncləri iştirakediblər.