adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Oktyabr 2019 08:17
29242
ƏDƏBİYYAT

Mənə inanmırlar - Pərvanə Bayramqızı yazır

Siz inanmayacaqsınız, amma bu dəqiqə yan-yörəmdəyazdığıma boylananlar təsdiq edərlər ki, yazını dayancaqda ovcumun içindəyazıram. Sizi beləcə ovcumun içində oxuduram.

Səhər tezdənevindən hirsli çıxıb bir-birinə qəzəblənən adamları görəndə cəmiyyəti dəyişməkarzum bir az da gücləndi. Amma bu dəqiqə kimin yaxasından tutub deyə bilərəmki, təfəkkürünü dəyişməlisən? Ona görə də yaxşısı elə qələmdir. O sizə hər şeyiçatdıracaq.

Çox adam mənə inanmır. O fikri ağlınıza gətirməyin,heç vaxt yalan danışmamışam. Əksinə doğru danışdığımçün heç kəsi inandırabilmirəm. Çünki hər kəs həqiqət deyə öz yanaşmasını qəbul edir. Nə vaxt ki,"Pulu sevmirəm” deyirəm, az qalırlar mənə hücum etsinlər, "Ola bilməz” deyəyalan danışdığımı sübut etməyə çalışırlar. Mənə pulun üstünlüklərini izah edirlər.Elə bilirlər ki, ehtiyacın pulla ödənildiyini bilmirəm. Hansı fikrimi deyirəmsəinanmaq istəmirlər. Gəlir gətirməyən sahələrdə işləməyi, ömrümü maarif işlərinəhəsr etməyi üstün tutduğum üçün hətta "dəlisən” deyirlər. Dəlilərin heç nəyəgöz dikmədikləri üçün bizdən ağıllı olduqlarını qəbul edə bilmirlər. Biri deyir ki, "pulsuz dükana getsən hansı satıcı sənəistədiklərini verər?” Guya "pulsuz hər şey almaq olar” iddiasındayam. Heç cürizah edə bilmirəm ki, pula məhəbbətim yoxdur. "Pulsuz səni heç kim adam saymaz”deyə israr edirdlər. Mən də deyirəm ki, onda siz də pulu sevməyin. Elə təəccüblə baxırlar ki,özümü itirirəm. "Əgər siz də pulu sevməsəniz pulsuz adamları pullu adamlardan fərqligörməzsiniz” söyləyəndə də razılaşmırlar. İnsanlar pula bu qədər dəyər verməsələr,meyillərini yalnız daxili gözəlliklərəsalsalar, şəxsiyyətlərindən pulu üstün tutmasalar, ətrafdakılara maddidurumlarına görə hörmət etməli olduqlarını fikirlərindən çıxartsalar mənəinanarlar.

Var-dövlət üçün yaşayan, insanlara sosialvəziyyətinə görə yaxınlaşan, pulu olmayanı insan hesab etməyən saysız-hesabsızadamlar var. Belələrinin bu geniş dünyanı qoyubdar cibdə "yaşadığını” zənn edirəm. "Yalan” danışdığımı sübut etməyəçalışanlardan biri yaxın adamları arasında olan sosial fərqdən doğan münasibəthaqqında belə bir əhvalat söylədi:

–İki əmim var. Qardaş olsalar da bir-birlərindən maddi durumları kimi xaraktercədə kəskin fərqlənirlər. Biri sadə, vicdanlı, amma çox kasıb, o biri isə hər ikimənada bunun tam əksinədir. Böyük bir nəsil isə zəngin mənəviyyatlı kasıb əmimdənsəxudbin və təkəbbürlü olanın varlığına sevinir, əmrlərinə müntəzir dayanırlar. Məclislərdəgözəl mənəvi keyfiyyətləri ilə məmnungörünən əmimin ətrafında heç kəs görünmür. O birininsə yerini yuxarı başda təyinedirlər. Ona xidmət etmək üçün qohum-əqrabaofsiantlara imkan vermir, kişininqulluğunda özləri dayanırlar. Telefonunu məclisdə enerji mənbəyinə qoşubböyründə də keşiyini çəkirlər. Səbəbsə puldur –qardaşları bir-birindən uzaqlaşdıran kağız parçaları.

Qadınəyani misalı ilə məni fikrimdən daşındıra bilmədi. İsrarla dedi ki, pul hərşeydən üstündür vəssalam. Razılaşmadım,onsuz da o adamlar məclisdən çıxıb evə gedəndə yol boyu beyinlərində hərşeyi götür-qoy edəcəklər. Etiraf etməsələr də kimin əsl insan olduğunu özləribilirlər.

Mövzuətrafında mübahisə etməkdən yorulmuşam. İnsanların əksəriyyətinin bu fikirdəolmaları qanımı qaraldır. Hər kəs haqsız olduğumu sübut etməyə çalışır. Məniaxmaq hesab edən biri deyir:

– Camaat pula görə bir-birini öldürür, sənsədeyirsən pulu sevmirəm.

Dediyisözdəki həqiqəti özü dərk etməyən adama cavabı öz sözünü ona təhlil edərəkverirəm:

– Pulu niyə sevmədiyimin əsl səbəbini özün dedin."Pula görə insanlar bir-birini öldürür”. O şey ki bizi saflıqdan, həqiqi sevgidənuzaqlaşdırır onu niyə dəyərli bilək? Nə qədər ki, bir-birlərini sevmək əvəzinə insanlar pulu sevəcək, qan tökəcəklər mən dəpula nifrət edəcəm.

Bu vaxtacan şubamın olmamağına maddi imkanın heç birdəxli olmayıb. Marağım olsaydı ən azından hamı kimi kreditlə götürər, acqalıb hissə-hissə ödəyərdim. Amma istəmirəm.Buna səbəb onun hazırlanma prosesi də deyil. Yalandan deməyim ki, heyvanlarıqorumaq niyyətindən sevmirəm. Onda gərək ət xörəyi də yeməyim, ikisi də eynişeydir. Sadəcə şubanın "fəlsəfəsini” dərk edə, onda gözəllik görə bilmirəm. Məhzbuna görə almıram. Anamın şubası var, insafən o da hərislikdən almayıb. Geyinənlərinçoxu kimi onu ipəkqurdu hazırladığını da zənn etmir. Ona da atam alıb. Atamın da qadın dünyasına bələdolan romantik kişi olduğunu yazsam onaböhtan atmış olaram. Sadəcə, qadınların şuba sevdiyini eşidib ona görə alıb ki,anamın könlü şad olsun.

Buraya qədər bizim heç birimizin (nə şubam olmadığıüçün mənim, nə olduğu üçün anamın, nə də aldığı üçün atamın) günahımız yoxdur.Şuba məsələsində günahkar olan cəmiyyətdir.Niyəsəni deyim.

Anamlaharasa gedəndə mən adi gödəkcə geyirəm, o isə şubada olur. Bizə zillənənbaxışları təsvir etməyəcəm, amma eşitdiyimiz pıçıltıların çox gülünc vəacınacaqlı olduğunu dəqiqliyi ilə yazacam.

– Dünya vecinə deyil, şubanın içindəxumarlanır.

Halbukianamla mübahisə edirəm ki, bircə anlığına dünyanın qəmini unutsun. Qadınlar ona "bəxtəvər” dedikcə anam yeni ailəqurduğu illərdə necə çətinliklə palto aldıqlarını xatırlayıb gözləri dolur.Adamlarsa bizi "yerbəyer” etməyə çalışırlar.

– Özünün geyiminə də bax, qızınınkına da. Deyəsən,qızının güzəranı yaxşı deyil.

Bir qadınsa artıq problemimizi həll edir:

– Qızına da alsın də, ana deyil?

Buməqamda yenə də "Fatma cijimdən” sitat gətirəcəm. Rəfiqəm deyir ki,

xalamınüç qızı var. İkisinin maddi vəziyyəti yaxşıdır. Amma biri kasıb yaşayır. Di gəlki, o kasıb olan toya gedəndə nə qədər qızılı varsa hamısını boynuna, biləyinətaxır, qız xəzinəni andırır. O biriləri isə bir-iki sadə muncuqdan istifadəedirlər. Qohum-əqraba kasıb yaşayanı varlı hesab edib başına yığışır, onaqulluq göstərirlər.

Qonaqlığagedəndə bizdə də buna bənzər hal baş verir. Qohum süfrədəki hər şeyi anamınqarşısına qoyub, yeməyini tələb edir. Mənə isə dilucu "xörək çək” deyir. Bilirəmki, bu gülünc qonaqpərvərlik şubaya görədir. Xəstə təfəkkürlü adamlar həyatı bucür dərk edirlər. Növbəti dəfə anam şubasını geyməyə utanır. Üzərinə ilandolanıbmış kimi özünü narahat hiss edir. Gülürəm. Deyirəm narahat olma,qohumları tanımaqda mənə kömək edirsən. Bunu yayda da geyin qoy səni də ruhi xəstəbilib yaxandan əl çəksinlər.

Məhzbelə şeylərə görə istəyirəm cəmiyyətimizdən bir təveqqe edim.

– Ay adamlar, nolar, həyata baxışınızı dəyişin,məni şuba geyinməyə məcbur etməyin.

Deyəsən,acizanə səsləndi. Buna əhəmiyyət verməyəcəklər. Onda başqa tona keçək.

–Baxın ha, sizə deyirəm, elə etməyin ki, şuba geyinim!