07 Sentyabr 2023 13:35
1398
MƏDƏNİYYƏT

"Məncə bütün kanallar adını loqolardan götürsünlər" - Rejissordan sərt sözlər

"Efirlərimiz xəstəxanada insanın ürəyinin döyüntüsünün dayandığını göstərən o uzun "düüüüd" səsini xatırladır. Bitib artıq, bitib. Elektroşok da kömək etmədi bəlkə".

Adalet.az xəbər verir ki, rejissor Vüsalə Mirzəyeva TV-lərin yeni mövsümlə bağlı vəziyyətindən narazılıq edib. Onun sözlərinə görə, televiziyamız artıq bitib.

Yeni tv sezonunda yenilik, ancaq aparıcıların kütləvi şəkildə yer (kanal) dəyişməsi oldu. Başqa heç nə. Əslində bu da deqradasiyadır. Heç bir kanalın siması yoxdu. Eyni aparıcılar, eyni kanallar arasında hər il sərgərdan qalır. Məncə bütün kanallar adını loqolardan götürsünlər. Elə palaz boyda bir efir olsun. Onsuz da eyni tip verilişlər fərqli adlarla, eyni simalar, mövzusuz-məzmunsuz guya şoular, vaxt öldürən adamlar. Efirlərimiz xəstəxanada insanın ürəyinin döyüntüsünün dayandığını göstərən o uzun "düüüüd" səsini xatırladır. Bitib artıq, bitib. Elektroşok da kömək etmədi bəlkə.

 

Emin