adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Fevral 2019 15:00
84169
MÜSAHİBƏ

“Mən o insanlar üçün darıxıram” - Akif Aşırlıyla yubiley söhbəti

"Şərq” qəzetininbaş redaktoru, tanınmış jurnalist Akif Aşırlını 50 yaşı münasibəti ilə təbriketmək üçün redaksiyaya getdim. Gördüm ki, xudmani bir məclis qurulub. AkifAşırlının dostları – Vəli Xramçaylı, Elxan Zal və başqaları cəm olublar masanınətrafına. Yubilyar məni görən kimi ürəkdolusu:

- Eşq olsun, sənətkara! – dedi.

Elxan Zal ordan qayıtdı ki, bacıoğlu, bunu yazarsan: "Akif bəyə MahmudQaşqari diplomunu təqdim etdik”.

Akif Aşırlı gülümsündü:

- İlk mükafatı Elxan bəy verdi…

Hamıyla bir-bir əl tutdum, Akif Aşırlının doğmalıq yağan üz-gözündənöpdüm. Sonra yubilyarı məclisdən qırağa çəkib qısaca söhbətləşdim.

- Akif müəllim, təbrik edirəm. 50yaşınız oldu. Özünüzü bu yaşda necə hiss edirsiniz?

- Çox yaxşı. Dünəndən məni tərifləyənlərin, zəng edənlərin,haqqımda xoş fikirlər yazan insanların sayı-hesabı yox idi. Hesab edirəm ki, oinsanlar Azərbaycanın qaymaq insanlarıdır. Mənim üçün çox dəyərlidirlər. Onlarheç vaxt qeyri-səmimi danışmazlar. O təbrikləri qəbul edəndə öz-özümə düşündümki, sən demə, bu 50 ili boşu-boşuna yaşamamışam. Dostların yanında olmağıbacarmışam. Nələrsə eləyə bilmişəm. Hansısa istedadlı gəncin qələmini sınamasıüçün şərait yaratmağa çalışmışam. Buna görə də təbrik edənlərin sözləri açığıdeyim, məni xeyli duyğulandırdı və həm də ürəkləndirdi.

- Kimin təbrikisizi daha çox sevindirdi?

- Təbii ki, birinci insanın ən yaxını ailəsidir,onun övladlarıdır. Dünən axşam övladlarım Türkiyədən zəng etmişdilər. İkisi dəorda ali təhsil alırlar. Onların təbriki mənim üçün dünyanın ən gözəl təbrikiidi. Təbii ki, dostların da təbriki bu qəbildəndir. Bir az şablon çıxsa dadeyim: mən heç birinə fərq qoymuram. Çünki hər kəs içindən gələn fikirləri söyləyir.

- Zəng gəlirsizə. Götürmürsünüz?

- Təbrik edənlərin arası kəsilmir (gülür).

- Akif müəllim,bəs elə biri varmı ki, onun təbrikini gözləyirsiniz, amma hələ o təbrik gəlməyib?Ya da küsülü qaldığınız...

- Mən xaraktercə elə adamam ki, küsülü qalmağısevmirəm. Nəsə problem olanda adamın üzünə deyirəm. Məsələn, yaxınıma deyirəmki, səndən filan məsələyə görə incimişəm. Jurnalist həmkarlarım da bilir necəbir xarakterdə olmağımı. Mənim öz mövqeyim var, bu səhv də ola bilər, doğru da,ancaq bu mənim mövqeyimdir. Heç kəsdən də inciməmişəm. Bəzən kimləsə münasibətimsoyuyanda da arada yumşaqlıq yaranması üçün ilk addımı mən atmışam.

Sualınıza gəldikdə isə... Təbii ki, adamın gözlədikləriolur. Əsas da itirdikləri adamlar yadına düşür. Ən sevdiyin adamlar ya qocalıbdünyadan köçüblər, ya başlarına faciə gəlib, ya qəzayla bu həyatdan gediblər. Sənierkən tərk edənlər olur və bu mənada da o insanları xatırladıqca üzülürsən.Amma təbii ki, bu da Tanrının qərarıdır, alın yazısıdır, qismətdir. Mən oinsanlar üçün darıxıram. O insanların təbrikini qəbul etmək istəyərdim. Səhərolardı, yanımda olardılar, ya zəng edərdilər, səslərini eşidim.

- Adgününüzü elə redaksiyada qeyd edirsiniz...

- Mənim bu məclisdən xəbərim olmayıb. "Şərq”inişçiləri təşkil eləyiblər. Onlar əvvəlcə restoranda eləmək fikrində idilər. Mənbunu eşidəndə qəti etiraz etdim. Çünki son dövrlər gərgin günlər keçiririk, qəzetləbağlı problemlərimiz var, onları həll etmək istəyirik. Həm də o uşaqlara dedimki, siz nə maaş alırsınız axı, bir də ona görə əziyyət çəkib ad günü keçirəsiniz.Onlar dedi, yox, Akif müəllim, siz həmişə bizə ad günü keçirmisiniz, indi dəbiz keçirmək istəyirik. Onda dedim, keçirmək istəyirsinizsə, burda eləyək elə.Hərə də evində bişirdiyini gətirib. Mən də həmçinin... (gülür)

- Xudmanibir məclis... Doğma...

- Bizdə həmişə bu cür olub.

- Bəs rəsmibir qeydetmə düşünmürsünüz? Yubiley üçün...

- Düzü, ayrıca geniş şəkildə bir yubiley eləmək çətinolar. Çünki o kontingenti müəyyən etmək problem yaradacaq: birini çağıracaqsan,o birini yox. İnciyəcəklər. Amma düşünürəm ki, Bakı Dövlət Universitetininjurnalistika fakültəsində "Azərbaycan mətbuat tarixi” kitabımın təqdimatını, eləcədə yubileyimi keçirim.

- Akif bəy,son sual: bu günə qədər keçirdiyiniz ad günlərində sizə verilən ən yadda qalanhədiyyə hansı olub?

- Atamla anam zəhmətkeş adamlardı. Onlar həmişəçalışıblar ki, mənim ad günümü keçirsinlər. O ad günləri də ancaq evin içində,qohumlar səviyyəsində keçirilib. Onda da kimdə var idi ki? Əsas sevgi və hörmətidi. Səmimi, təmənnasız hamı gəlib yığışardı bir süfrənin arxasına. Yadıma odüşür ki, övladlarım balaca olanda Atatürk liseyində oxuyurdular. Hər fevralın15-i mənim otağıma özlərinin düzəltdikləri açıqcaları qoyardılar. Mən oaçıqcaları bu günə qədər də saxlayıram.

Söhbətləşdi:Ayxan Ayvaz