Mən də corabımla evlənəcəm...
Dadadam!
49 yaşlı bir ingiltərəli qadın nəhayət öz yarını tapıb. İndi deyərsiniz ki, bunda qeyri-adi nə var?
İş də burasındadır ki, bu 49 yaşlı qadının yarı yorğandır. Bəli, mat-məəttəl qaldınız, bilirəm. Yaşı-başı olan bu qadın yorğanla ailə qurub. Hətta utanmayıb, toy da edib, hələ utanmayıblar, 150 nəfər bu toyda iştirak da edib. Hətta bu yorğanın adı da var - Conni!
Qadından bu barədə soruşublar, o da deyib ki, əvvəllər mənim çox yorğanım olub, amma Connidən sonra artıq heç birini istəmirəm. Mən ən xoşbəxt, ən pis anımda Conniyə sarılıram. Mən ona sadiqəm. O qısqanc deyil. Ərə gedəndən sonra özümü çox rahat hiss edirəm.
Mən elə bilirdim ki, qısqanclıq ancaq biz qafqazlı kişilərdə bu qədər qabarıqdır. Sən demə ingilis kişilər də qısqanc imişlər. Bu qadın da qısqanclıqdan bezib, könlünü Conni adlı yorğanına verib.
Bəs yaxşı, bu qadın harasa qonaq gedəndə başqasının yorğanıyla yatsa xəyanət etmiş olmayacaqmı?
Bəs yaxşı, bu Conni adlı yorğanı hər yay söküb yenidən sırıyanda ağlamayacaqmı?
Görəsən, bu qadın ayağını yorğanına görə uzada bilirmi?
Nə bilim, vallah.
Yorğanına şükür, ilahi!
Gördüm evlənə bilmirəm, ilk dəfə öz cırdığım corablarımla evlənəcəm.
Eminquey
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

