adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Noyabr 2016 13:55
12957
MƏMLƏKƏT

MƏMURLAR YAY, BAHAR, NƏĞMƏ OXUR BİQƏRAR...

Ey millətimizin Xıdırlı qaymaqları (Ağdamda ən gözəl qaymaq Xıdırlı qaymağısayılırdı), yazı-yayı gözləmisiniz, qış qapını kəsəndə hərəniz bir buldozer götürüb düşmüsünüzfağır-füqəraların evlərini sökməyə. Heçolmasa bunu yazda, yayda eləyəydiniz,onlar da qışa başlarını soxmağa bir yertapaydılar.

Avtovağzalın qabağında meşəlikdəki evləri sökməyəbaşlayırlar. Düz 25 ildi burda evlər tikilib, dövlət strukturlarının gözünün qabağında. Və heç kəs də basməmmədieləyib orda ev tikməyib, kimlərinsərazılığı əsasında alınıb torpaqlar. Hökumət də ora qaz çəkib, su çəkib, işıq çəkib, telefon çəkib, hətta məktəb də tikib orda yaşayanların balaları üçün. Heç kimin də yerini dar eləmirlər. Bələdiyyə rüsumlarını davaxtı-vaxtında ödəyirlər. İndi qəfildənbuldozerlər tökülüb əraziyə sökhasökdü.

Yuxarıda qeydetdiyimiz kimi, sökürdüz bunu heçolmasa yazda, yayda sökəydiniz, qışınsazağında camaatı çölə tökməyəydiniz.

Deyəcəksiniz ki,xəbərdarlıq eləmişdik. Çox gözəl. Əgər bu yerlər dövlətəlazımdırsa, sökülsün. Amma bir ədalət olmalıdır. Evləri sökülən insanlarya mənzillərlə təmin olunmalıdırlar, ya da onlara elə bir təzminat ödənməlidir ki, hardansa mənzil ala bilsinlər, ev ala bilsinlər.

Möhtərəmprezidentimiz İlham Əliyev məmurlara buməsələlərdə diqqətli olmağı tövsiyyə edib.

İndi həmin ərazidəsökulən evlərin hər kvadratmetrinə 500 manatverirlər. Bu pulla neyləmək olar? Orda hər kəs 50-60, uzağı 100 kvadratmetrlik bir daxma tikib balalarınıyığıb altına. Bakının ən ucqarnöqtələrində belə verilən pula ev almaq mümkündürmü?

Həmin yaşıllığın Xocəsən tərəfdə sökülənevlərə, bizdə olan məlumata görə, 1200 manatdanpul veriblər. Elə isə buayrı-seçkilik nədi?

Bu dacamaatın haqlı narazılığına səbəb olur.

Biz sivil birölkədə yaşayırıq. Məhkəmənin qərarıolmadan kiminsə mülkünü sökmək hardagörülüb?

NazirlərKabinetində rəhbər vəzifələrdə oturan hörmətli yoldaşlar, söz sizindi. Bu məsələni hökuməthəll etməlidi.

ƏbülfətMƏDƏTOĞLU,

şair, əməkdarjurnalist