Memorandumdan sonra İrandan gözləntilərini açıqladı
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.
Adalet.az xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens “CBN News”a müsahibəsində deyib.
O, İranla imzalanan Anlaşma Memorandumunun əsas prinsipinin tərəflərin bəyanatları deyil, real addımları olduğunu bildirib.
Vens deyib ki, İranın yeni rəhbərliyi verdiyi vədlərə deyil, atacağı konkret addımlara əsasən qiymətləndiriləcək.
“Bu Anlaşma Memorandumunun yaxşı tərəfi odur ki, o, sözlərlə deyil, onların davranışları ilə bağlıdır”, – deyə ABŞ Vitse-prezidenti vurğulayıb.
Vens qeyd edib ki, Prezident Donald Tramp və administrasiya üçün əsas narahatlıqlardan biri əvvəlki İran hakimiyyəti dövründə etirazçıların qətlə yetirilməsi olub.
“Həmin insanlar artıq hakimiyyətdə deyillər. İndi görəcəyik ki, yeni rəhbərlik xalqa fərqli münasibət göstərəcəkmi?! Ümid edirik ki, belə olacaq. Əgər belə olmazsa, bunu onların konkret davranışlarından görəcəyik. Məhz buna görə də deyirəm ki, bu memorandumun üstün cəhəti sözlərə deyil, əməllərə əsaslanmasıdır”, – deyə Vens bildirib.
Digər Xəbərlər
18 Iyun 2026 10:01
Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq
18 Iyun 2026 09:31
Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəldi
18 Iyun 2026 09:27
"Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır" - Hakan Fidan
18 Iyun 2026 08:30
Tramp və Pezeşkian ABŞ-İran sazişini imzaladılar - VİDEO
17 Iyun 2026 19:00
Ukraynadan unikal "Aşan" əməliyyatı: 800 zirehli texnika məhv edildi
17 Iyun 2026 18:50
Rusiya Ukraynanın itkilərini yenilədi
17 Iyun 2026 18:32
Yaşar Güler NATO-nun toplantısında iştirak etmək üçün Brüsseldə səfərdədir
17 Iyun 2026 18:26


Bakı -°C

