adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Mart 2017 15:01
34434
ƏDƏBİYYAT

MƏMMƏD ARAZIN YUBİLEYİNDƏ AYDIN MƏMMƏDOV NƏYƏ ƏSƏBLƏŞDİ?

1983-cü il, FilarmoniyadaMəmməd Arazın 50 illik yubileyi keçirilir. İynə atsan yerə düşməz. Tədbiri görkəmlitənqidçi Aydın Məmmədov aparır.

Aydın Məmmədov çıxışınabelə başladı:

- Türk millətininMəhəmməd adlı üç dahi şairi var. Məhəmməd Füzuli, Məhəmməd Hadi, Məhəmməd Araz…

Bu vaxt zalda oturanlardanbiri qalxıb bağırtı ilə dedi:

- Biz türk deyilik!

Aydın Məmmədov acı-acıgüldü, sonra elmi dəlillərlə bizim türk olduğumuzu sübut elədi və sonda dedi:

- Bizim dərdimizəbax, biz bütün dünyaya türklüyümüzü sübut elədik, amma özümüzə sübut edə bilmirik.

Aydın Məmmədovunhəmin gözəl nitqi həmin vaxt televiziyada da yayımlandı. Və hazırda da AzTV-ninarxivində durur.